Rashid Behbudov "Kor Ərəbin Mahnısı" paroles

Traduction vers:tr

Kor Ərəbin Mahnısı

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.

Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.

Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.

Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.

Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!Nə öncə öylə səadət, nə böylə zillət olaydı.

Ici on peut trouver les paroles de la chanson Kor Ərəbin Mahnısı de Rashid Behbudov. Ou les paroles du poème Kor Ərəbin Mahnısı. Rashid Behbudov Kor Ərəbin Mahnısı texte. Peut également être connu par son titre Kor Erebin Mahnisi (Rashid Behbudov) texte.