Rashid Behbudov "Kor Ərəbin Mahnısı" Songtext

Übersetzung nach:tr

Kor Ərəbin Mahnısı

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.

Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.

Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.

Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.

Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!Nə öncə öylə səadət, nə böylə zillət olaydı.

Hier finden Sie den Text des Liedes Kor Ərəbin Mahnısı Song von Rashid Behbudov. Oder der Gedichttext Kor Ərəbin Mahnısı. Rashid Behbudov Kor Ərəbin Mahnısı Text. Kann auch unter dem Titel Kor Erebin Mahnisi bekannt sein (Rashid Behbudov) Text.