Bura Bakıdır
Yığışdıq dostlaşdıq hərflərlə baş başaÖyrənirdik dəydikcə hər dəfə baş daşaQrimdən dərimiz korlanırdı oynamalıydıqAxı biz aktyorlarıq həyat ömürlük tamaşaOynamaqla bitmirki gərək bəyəndirək dəMaddi durum düzəlmirki quru ürək-dirəkləAmma hərdən kağız pul da olur acizYerlə yeksan olur hər şey bir küləkləDost bil buralara gəlmək üçün çox diş tökdük çox dırnaqRahat görünürük amma inan ki, elə də asan deyil ayaqda durmaqSifətdə cırmaq çoxalır gündən-günə sümürülür arteriyalarƏtraf anti-sanitar zərərverici bakteriyalarGücünü yığ, ayağa dur olma hərkəsdən biriSeç ya tapdaq altda öləcəksən ya əzab və diriBizə çox az yol göstərən olub bu yollardaÇoxunu yıxıla-yıxıla öyrənib PRoMete və Miri
Bura Bakıdır ,bura şərqdir və qərbdir (bura Bakıdır)Bura Bakıdır burda nə dəbdə bu bəlli (bura Bakıdır)Bura Bakıdır bura şərqdir və qərbdir (bura Bakıdır)Bura Bakıdır burda bəndələr fərqli (bura Bakıdır)
El -bil nə isə səhv gedir küçələrdə toz doluSök-tik tik-sök bezdirdik biz yoluBəhs bəhsdir bəlkə bəsdir no parkingYer yoxdur bu şəhərdə hər kəsin bir roluHələ də uzanır əl hələ də ehtiyac boşdu cibHələ də küçədə var tində bacada qıza söz atan tipTəhsildən kitablardan xəbərsizlər var hələ də varMy brain is working, my heart is so deepCəhənnəmini yaşamışıq biz necədir cənnətin dadıKiminçün cənnət bir loxma çörək ya da ki daxmadırBaxmadıq hər çağıran səs qeyb olanda anladıq kiEtdiyimizə səhvlərə görə necə də axmağıqHər bir şeyə qiymət qoyduq yaşamağa da vergi varHaqsızlıq çoxdur, amma namazlarda cərgə darÜrəklərdə buz qabları, qulaqlarda dəmir qapılarİnsanlarda indi içdə yaranan qəribə şübhə var
Bura Bakıdır bura şərqdir və qərbdir (bura Bakıdır)Bura Bakıdır burda nə dəbdə bu bəlli (bura Bakıdır)Bura Bakıdır bura şərqdir və qərbdir (bura Bakıdır)Bura Bakıdır burda bəndələr fərqli (bura Bakıdır)
Şeytan bizdən çəkinir biz şeytanı da azdırarıqXəyallar üçün küçədə qəbirləri qazdırarıqBizə şərt qoyanın şərtin şumda kəsdirərikGücümüz çatmayan yükü mətnlə qaldırarıq