Miri Yusif "Tərki Dünya" lyrics

Translation to:tr

Tərki Dünya

O hamıdan qaçır, sirrini açır göylərə,Həm çox çəkib acı, yaralar açıq göynədər,Xoş bir gün görmədən, uçmağa min nədən,Yerdə yer saxlamaz onu, göydə göydələn.

Onu eşidən, duyar var son sözü ümid son ölər.

Onun saçları son bahardır,Ömrü iztirab, dörd divardır,O, tərki-dünyadır anlamam halından.O, günəş kimi yandırardı,Yazda yağışdır, yayda qardır,Kim bilir nələr keçib gedir ağlından...

Onun sözləri ittihamdır,Onun gözləri intihardır,Bəlkə onda ağrılar çıxar canından...Ona yaddır doğmalar, yaxınlar baxar uzaqdan,Süzülər yerə damla-damla yaş axar yanaqdan.O mənsiz qalınca o mənsiz yarımcan,Ucaldan təkcə bir məqam - öpüş dodaqdan.

Onu eşidən, duyar var son sözü ümid son ölər.

Here one can find the lyrics of the song Tərki Dünya by Miri Yusif. Or Tərki Dünya poem lyrics. Miri Yusif Tərki Dünya text. Also can be known by title Terki Dunya (Miri Yusif) text.