Miri Yusif "Vicdan" lyrics

Translation to:rutr

Vicdan

Salam,mənim adım vicdan,Soyadım qurban.Vicdan məzuniyətindəyəm,Aləmə qaldım heyran.

Salam,mənim adım vicdan,Ləqəbim iman.Nəfsi boğmaq niyyətindəyəm,Zülmətə oldum seyran.

Gərəksiz gözlərdən sel kimi axanam mən,Varlığımla dilənirəm əzabdan.

Həyatım,sabaha ümüdüm yatma,mən yatım,Sabaha günəşim batma,men batım,Həyatım,mən yatım.

Salam,mənim adım vicdan,Kimsəsiz dövran.Bayra atılan xəbərsizəm,Arzumda qaldı hicran.

Salam,mənim adım vicdan,Limanım böhran.Qeybə satılan giymətsizəm,Şeytanım oxuyur meydan.

Gərəksiz gözlərdən sel kimi axanam mən,Varlığımla dilənirəm əzabdan.

Here one can find the lyrics of the song Vicdan by Miri Yusif. Or Vicdan poem lyrics. Miri Yusif Vicdan text.