Miri Yusif "Soruş" lyrics

Translation to:tr

Soruş

Bənd 1:Küçə uzanır,dolanır başıma bu dünya,Duyur yalanı və inanır. Əlvida!Günəş daha isitmir bizi,Biz ki,yoxuq artıq əzizim...***Sınır sevginin yüzdəyüz faizi səmada,Yagış bildirir payızı son vida,Külək daha çağırmır bizi,Biz ki,yoxuq artıq əzizim...

Neqaret:Soruş ki,mən kiməm nəçiyəm soruş,Soruş ki, niyə payızdan qorxuram,Soruş niyə yaralar sağalmır,Soruş ki,mən hardayam,ölmüşəm ya sağam...

Bənd 2:Şərab süzülür,üzülür bədənim ağrılar,Günah nə sənin,nə mənim arzular,Dəniz daha yaşatmır bizi,Biz ki,yoxuq artıq əzizim...***Canım yorulub,qırılıb qanadım son uçuş,Bitib tükənib inadım qurtuluş,Ürək daha alışmır düzü,Biz ki,yoxuq artıq əzizim...

Here one can find the lyrics of the song Soruş by Miri Yusif. Or Soruş poem lyrics. Miri Yusif Soruş text. Also can be known by title Sorus (Miri Yusif) text.