Qaraqan "Leykemiya" lyrics

Leykemiya

Qaranlıq gecələrdə susur yiyəsiz köpəklərHardasa, kiçik mənzillərdə döyünür ürəklərHansısa stalinkada baxır gözlər düz tavanaSəhərin xronikası, çaxılıb beynə tapançaHansısa küçələrdə boyanır al rəngə asfaltKimsə kişi kimi dözür, çoxusu çıxır arvadDırnaq, cırmaq, qolda qolbaq, axmaqSonda içki, yataq, bu qızı bağlı otaqdaKimsə iyrənir dəri rəngindən, dözür pula görəVə kimsə ağlıyır gecə məsciddə, baxışlar göyəVə kimsə axtarır zaman divarında çatlarAxmaq, zaman bu oyunda heç vaxt qalmır daldaBu amansız dalğa, dənizdən qisas almaqOğlunu yada salmaq, meyit əvəzi qəbirdə torpaqQorxaq, gəl üzək dərinə, yapış əlimdənBağışla, yox, qayıt, orda nəfəs alma dərindənQaranlıq gecələrdə susur yiyəsiz köpəklərHardasa, kiçik mənzillərdə döyünür ürəklərHansısa stalinkada baxır gözlər düz tavanaQəzetdə kiçik xəbər, çaxılıb beynə tapançaBakının laxtalanır yaraları və xronikasıGörəsən arxivində neçə meyit qalıb yiyəsizGörəsən hansı keçmiş dostlar bizi yada salırVə neçəmiz bu dünyadan köçəcək fatihəsiz

Nəqarət:Həkimlər qoyur diaqnoz, müəllimlər dərs tapşırırSvetofor dəyişir rəngin, polislər sərt baxışlıHakimlər vurur çəkic, əsgərlər olur şəhidŞairlər yazır şeir, məndə isə leykemiya (x2)

Qış, payız, şəhərin sürətinə tab gətirmədimVə hər növbəti addım yaralarıma səpir qəmiDüzəlmir heçkəs - bu öyrəndiyim ilk dərsGöydəki dəli rəssamlar bax necə çəkir səniTətik mənim son dostum və köməyimBakıdan business classla cəhənnəmə ürəyimMən dözmədim, mən dözə bilmədimÜmid dayanacaqlarında xoşbəxtlik qatarını nə qədər gözlədim...O gəlmədi...Və köhnə stalinkada kərpic divarlarBir neçə saniyə sonra qonşuları yuxudan oyadarBir neçə saat sonra polislər və boz paqonlarBir neçə həftə sonra baş xəbər arxivdə solarBir nəfər çox, bir nəfər az - əhali sayı dəyişmirBir nəfər var, bir nəfər yox - bu sadəcə statistikaBir nəfər lal, bir nəfər kor, bir nəfər ac, bir nəfər toxBir intihar, bir istintaq, və yaddaşından poz

Qaranlıq küçələrdə hürür yiyəsiz köpəklərQapısı bağlı mənzillərdə can verir ürəklərDahilər məhv olur zamanla, sovrulur küləkləDahilər məhv olur zamanla, sovrulur küləklə

Qaranlıq küçələrdə hürür yiyəsiz köpəklərÇənədən soyuq güllə, tavanda qanlı çiçəklərBir neçə saniyə ölümün gecikdikcə addımlarıSonuncu təbəssümlə yadına salır yaxınları

Nəqarət:Həkimlər qoyur diaqnoz, müəllimlər dərs tapşırırSvetofor dəyişir rəngin, polislər sərt baxışlıHakimlər vurur çəkic, əsgərlər olur şəhidŞairlər yazır şeir, məndə isə leykemiya (x2)

Here one can find the lyrics of the song Leykemiya by Qaraqan. Or Leykemiya poem lyrics. Qaraqan Leykemiya text.