Qaraqan "Oyuncaq" lyrics

Oyuncaq

(Nəqarət: Qaraqan)Mən daha bir oyuncağı talehinAlın yazımın qələmi öz əlimdəMən sənin şeytanın, sənin mələyinSevmək, nifrət eləmək - seçim əlindəMən yəqin mələkdən də çox şeytanamSalır gözlərim hər kəsi tilsiməMən qəfəsindən qaçmış insanamMən insanam, mən insanam

(verse: Qaraqan)Qapılar bağlı, pəncərələr açıqİstəsək biz burdan bir günə qaçarıqAtarıq hər şeyi, başlarıq yenidənHəyat azadlıqdı, deyil ki, türməMən tapmışam göydə taleh ulduzumuHər addım atanda mən dinliyirəm onuHər tək qalanda, ən çətin anımdaBaxıram mən göyə, ulduzum yanımdaHəyat bir kitab, mən içində hərf səhviNə gəldisə başıma hamısı mənim səhvimAmma ki, səhvlərimdi məni ayaqda saxlayanBir neçə dostdu məni bu həyata bağlayanAğlayan hər körpə tapacaq cənnətiHəyat oyundu, qaydaları belədiParçalanır ürəyim, silkələnir dirəyimHər dəfə talehim oynadanda məni

(Nəqarət: Qaraqan)Mən daha bir oyuncağı talehinAlın yazımın qələmi öz əlimdəMən sənin şeytanın, sənin mələyinSevmək, nifrət eləmək - seçim əlindəMən yəqin mələkdən də çox şeytanamSalır gözlərim hər kəsi tilsiməMən qəfəsindən qaçmış insanamMən insanam, mən insanam

(verse: Qaraqan)Qapılar bağlısa, pəncərəni açarİstəsə o burdan bir günə qaçarAtaraq hər şeyi, başlayar yenidənHəyat azadlıqdı, deyil ki, türməO artıq tapıb öz taleh ulduzunuHər addım atanda o dinləyir onuHər tək qalanda, ən çətin anındaDinləyir mahnılar, ulduzu yanındaOnun şəkilləri divardan asılıNecə keçəcək günü mahnılardan asılıGizlənir, heç kəs görməsin onu ağlayanBir neçə rapdi onu bu həyata bağlayanO inanır mənə, mən onun yeganə dostuO heç vaxt razı olmaz kimsə ləkələsin H.O.S.TuVə nə qədər olsa da, söyüşlər və qarğışlarOnların səsini boğacaq sizin alqışlar

(Nəqarət: Qaraqan)Mən daha bir oyuncağı talehinAlın yazımın qələmi öz əlimdəMən sənin şeytanın, sənin mələyinSevmək, nifrət eləmək - seçim əlindəMən yəqin mələkdən də çox şeytanamSalır gözlərim hər kəsi tilsiməMən qəfəsindən qaçmış insanamMən insanam, mən insanam

Here one can find the lyrics of the song Oyuncaq by Qaraqan. Or Oyuncaq poem lyrics. Qaraqan Oyuncaq text.