Qaraqan "Son" lyrics

Son

Şəhər boşalıb, daralıb dəqiqələrBuludlu səmada rəqs edir qarğalarGünəş əbədi sönüb, yox səhərlərDumanlı gecələr, qaranlıq gecələrQapısı açıq, boş bütün mənzillərQara pəncərədə rəqs edir pərdələrDonub saatlar, işləmir əqrəblərQaranlıq gecələr, əbədi gecələrYoxdur bir nəfər canlı bu şəhərdəBoşdur banklar, boş bütün dükanlarMaşın yolları, boş bütün sükanlarQaranlıq gecələr, əbədi gecələrŞəhərdə qalmayıb heçkəs, nə qocalar, nə cavanlarDünyada qalmayıb heçkəs, küçələrdə boş maşınlarYox olub bütün insanlar, yox olub məndən başqaSəmadan gəlir səslər, gözlərimə dolur yaşlarTələsik addımlarla, aşağı doğru pilləkənlərləMən qorxuram, qarışmaq istəyirəm insanlarlaGörüşmək istəyirəm yad piyada gözləriyləİnsanlar məhv olur axı qalanda tək özləriyləBoşalıb biznes mərkəzləri, işləmir eskalatorlarYoxdur nə polislər, nə siyasətçilər, aratorlarYox olub həkimlər və xəstələr yox, boş palatalarYaxınlarım, ailəm, dostlarım... onlar hardadırlar?Gördüyüm təkcə insan - boş vitrinlərdəki əksimBəlkə də, bu şəhərdə, bu torpaqda mənəm əskikBəlkə də yerim göylər, dizim yerlər, evim dünyaBəlkə də Allah, Şeytan, Cənnət, Dünya - hamısı röya?!Seçilmiş çarmıxında qanlı ovuclardan ətirMənə Allahı gətir, mənə ağır yüklər gətirMənə bir bayraq gətir, sinəmə sancım, olum vətənMənim eşitdiyim sonuncu mahnı olsun azanAllahsız dünyalarda daş tanrılar oldu kağızNəyi ki, bağırır qəlb, deyir gözlər, susur ağızNəyi ki, gizlədirlər, deməli orda var həqiqətMən görmüşəm çirkli bir qapıdan başlayır cənnətMən görmüşəm müqəddəs torpaqda üç cavan çarmıxYerə sancdığım çomaq qanlı dənizləri ayırırBoz paltarlı peyğəmbər, gözlərini tutur saçlarTanrının hüzuruna çirkli ayaqlarla qaçmaqŞeytanla üzbəüz sonuncu döyüş meydanındaNə vaxt ki, ölüm hüceyrələri tapılacaq qanındaSarılmış doğmalar solanda gültək qucaqlardaMənim ruhum uçacaq qarğalarla uzaqlardaŞəhərdə yoxdur heçkəs, insanlarda yox insanlıqGördüyüm şüşə gözlər pıçıldayır: -Puldur tanrıHəyatı heçə satmaq, kefə qaçmaq maneələrdənÖlüm anında onlar saat dilənir saniyələrdənQaranlıq kvartallarda susur yiyəsiz köpəklərSəcdəyə getmiş dizlər, dualara açıq biləklərQaranlıq kvartallarda dahiliklə dərd qarışırSevginin çətirlərinə çırpılır nifrət yağışıTanrını qucaqlamaq, qışqırmaq: -Buraxma məniVə son anında kimsə cıracaq arada pərdələriVə son baxışda kimsə görəcə Allahın gözlərinVə son nəfəsdə kimsə qucaqlayacaq dizlərinÇiynimdə mələklərin qələmlərinin xışıltısıMən səni tapa bilmədim, bu da vicdan ağrısıSən mənə yol göstərmədin, mən özüm tapıb gəldimSən mənim parçalanmış gözlərimdə ilham pərimQaranlıq küçələrdə hürür yiyəsiz köpəklərQapısı bağlı mənzillərdə can verir ürəklərDahilər məhv olur zamanla, sovrulur küləkləDahilər məhv olur zamanla, sovrulur küləkləHəkimlər qoyur diaqnoz, müəllimlər dərs tapşırırSvetofor dəyişir rəngin, polislər sərt baxışlıHakimlər vurur çəkic, əsgərlər olur şəhidŞairlər yazır şeir, məndə isə leykemiya

Here one can find the lyrics of the song Son by Qaraqan. Or Son poem lyrics. Qaraqan Son text.