Qaraqan "Get" lyrics

Get

İllər keçdikcə qorxduğun adamlara dönməkOnlardan biri olmaq, diri olmaq deyil, bu ölməkİllər ötdükcə nifrət elədiyin şeyləri sevməkBu divarlar möhkəm, yox köməy, yox köməkİllər keçdikcə boz kütlədə tapmağ öz yeriniOnlar başqa insanlar deyil, hamısı sənnən biriOnlar da qəhramanlar deyil, səndə olar kimiÇox böyük oyunlarda kiçiy insanlarıq biz bilArtıq neçə ildir ki, valideynlərdən gəlmir köməkArtıq neçə ildir ki, dostlar, şit zarafat, gülməkArtıq neçə il ət parçasına dönüb bu ürəkArtıq neçə il uçub gedib çiyinlərdən mələkVə artıq səmalardan yağmır yerə müqədəslikBir anlıq istəyirsən diz çöküb olasan təslimBu beton binaların arasında tapmaq sevgiBu heykəl insanların qəlblərində tapmaq sevgi

Nəqarət:Get, əgər gedə bilirsənsəQal, əgər dözə bilirsənsəSev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə.. (x2)

Sevdiyin qəhrəmanları basdırmaq kitablardaUşaqlıq dostların hərəsi bir ölkədə, uzaqlardaSevgilinə gedən yol keçdi min cür qucaqlardanBahardan qalan miras sarı quru yarpaqlardaQaranlıq otaqlarda, kimsəsiz otaqlardaHəyata fotoalbom kimi baxmaq xəyallardanVə görmək bəzi şəkillərdə sevinc, bəzi şəkillərdə kədərAmma sevinc daha çox idi doxsanlardaVə bir neçə dəfə Bakını tərk etmək birdəfəlikXarici pasport, viza, qayıtmamağa var əminlikHəyatı yenidən qurmaq hardasa başqa yerdəVə qaranlıq keçmişə boylanıb baxmamaq birdəBakını unutmaq və yaddan çıxartmaq bu xalqıTüpür hər şeyə get burdan, bax axı gedir hamıVə əgər bir gün darıxsan, vətən həsrəti çəksənMən bu torpaqlara çatdıracam sənin salamın

Nəqarət:Get, əgər gedə bilirsənsəQal, əgər dözə bilirsənsəSev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə.. (x2)

Get...

Here one can find the lyrics of the song Get by Qaraqan. Or Get poem lyrics. Qaraqan Get text.