Qaraqan "Söndür Dünyanı" lyrics

Söndür Dünyanı

(verse: Qaraqan)Yandır iPod`u, söndür dünyanıQoy bu gün bizə heç kəs mane olmasınİcazə ver səni möhkəm qucaqlayımQış mahnılarında sənə soyuq olmasınİcazə ver səni dərinə aparımDərinə hoparam, mən sən olaramVə yanından keçən o özgə adamlarBilmirlər nə deməkdi mahnıyla yaşamaqMahnıya xoş gəldin, birazca darısqaldıAma ikimizə bəs edər iki qulaqlıqGözlərini yum, hər şeyi unutBurda tək sən varsan, bir də mən varamBir də piano, başqa bizə nə lazım?Axı biz azadlıq axtarırdıq, azadlıqRahat ol, keç içəri, sağda yataq otağıSolda mətbəx, hə, burda da ki, nəqarət

(Nəqarət: Qaraqan)Bu bizim mahnımız, gör necə süzülür ruhumuza bu səslərSözüm bitməyəcək dolmamış dünyadakı son dəftər

(verse: Qaraqan)Həyat qəribədir, mən lap qəribəyəmHələ də talehdən nə istədiyimi tam bilmirəmPul, ev, ailə, iş, maşınYa da rəqs eliyim altında yağışınBurdan qaçmaq lazımdı çantaya toplayıb bir neçə xatirəBurdan qaçmaq lazımdı, iç səbəbləri nəticələri qusMənim üçün Bakının ikinci adı qışBu şəhər məni dəyişir, qanadlarımı qırır, adiləşdirirBahalı vitrinlər salır öz tələsinəYarı yolda atanlar öldürür həvəsimiVə sonda anlayırsan, hamı atıb gedəndəQalanda tək, qəlb tüpürəndə, ağrılarƏn sonda anlayırsan, hamı atıb gedəcəkQalacaq bir neçə megabyte mahnılar

(Nəqarət: Qaraqan)Bu bizim mahnımız, gör necə ruhumuza süzülür bu səslərSözüm bitməyəcək dolmamış dünyadakı son dəftər

(skit: Qaraqan)Yandır iPod`u, söndür dünyanı...

Here one can find the lyrics of the song Söndür Dünyanı by Qaraqan. Or Söndür Dünyanı poem lyrics. Qaraqan Söndür Dünyanı text. Also can be known by title Sondur Dunyani (Qaraqan) text.