Qaraqan "Güc var (Etiraf otağı 2)" lyrics

Güc var (Etiraf otağı 2)

(skit: Qaraqan)Məni bağışla, padre, qaranlıq altarPərdə arxasından etiraflarımı dinləMüqəddəs ata, bu kilsədə danışacam sirlərimi ilk dəfə (ilk dəfə)

(verse: Qaraqan)23 ili geridə qoydumNeçə səhifə sətirlərimlə dolduVərəqlər də oldu şeirlər və etirafEtiraz deyil musiqi, artıq ehtirasOldu sevənlər də, oldu tərk edənlər dəOldu çətin sabahlar da, çətin dünənlər dəNeçə sərkərdəni itirdik bu yoldaNeçə tanımadığım adam oldu doğmaÇiyin-çiyinə biz qalxdıq bu səhnəyəBu pərdələr bildi, nədi düz söz və qarğalarBu qanadlar, çiyinlər, sətirlər, beyinlərH.O.S.T-çular, gənclər, həyat tərzi və geyimlərBiz dəyişdik, nə qədər çatdı gücümüzBiz bunu bacardıq, bəs nəyi bacardız siz?Biz çatdırdıq nə qədər çatdı sözümüzYaralandıq, ama çökmədi dizimiz!

(Nəqarət: Qaraqan, Aysel)Güc var - olsa da yol uzunGüc var - bərkiyir ruhumuzYol tap - azad və sərhədsizDostlar, qaranlığıma xoş gəldiz (x2)

(verse: Qaraqan)23 ili geridə qoydumNeçə günahım, neçə səhvlərim olduPadre, həyat oyundu, həyat gülməlidiPadre, hamı bilir ki, Romeo ölməlidiPadre, mən dəyişmişəm, artıb qolumda gücQələm var əlimdə, mənə lazım deyil ülgücMənə lazım deyil düz nədi, səhv hanıMən özüm öz həyatımın rəssamıDərs alır hər uduzanda döyüşçüYıxılır, durur, yenə yıxılır, sürünürZərbələr, hər dəfə ağrılar azalırGüc alır, hər dəfə yıxıldıqca güc alırİtir qorxu gözündən, inanır özünəO artıq dözə bilir, nə gəlirsə dözülməzVə mənə dərs olur çəkdiyim dərdlərimMənim həyatım mənim qaralama dəftərim

(Nəqarət: Qaraqan, Aysel)Güc var - olsa da yol uzunGüc var - bərkiyir ruhumuzYol tap - azad və sərhədsizDostlar, qaranlığıma xoş gəldiz (x2)

Here one can find the lyrics of the song Güc var (Etiraf otağı 2) by Qaraqan. Or Güc var (Etiraf otağı 2) poem lyrics. Qaraqan Güc var (Etiraf otağı 2) text. Also can be known by title Guc var Etiraf otagi 2 (Qaraqan) text.