Aç Balaca Qanadlarını
İçimdəki səsi dinləmədənGedəkmi buralardan dayanmadan, gözləmədən?!Arxaya çönmədənVerdiklərini istəmədən qapını bağlamaqVə gizlətmək ruhunu onlardanOnlara dönmədən...Gülümsəmək hirslənmədənHeç kimə güvənmədənQucaqlamaq həyatı, ucalmaq heykəltək ölmədənGözyaşlarını gizləmədən, döyüşmək özünə qarşıİrəli, savaşa gir!Qorxma, ağrılara dözər bədənMələklərini sevmədən, şeytanını pisləmədənİzləmədən sev sən onu, qarşılığını gözləmədənHisslər hədər, nə qədər bizli çəpər, hündür hasar,Dərini kəsər, qanını içər, amma yenə bacarar, qaçarHeçkəsi dinləmədənGedəkmi buralardan dayanmadan, gözləmədən?!Arxaya çönmədənVerdiklərini istəmədən qapını bağlamaqVə gizlətmək ruhunu onlardanOnlara dönmədən...
Aç balaca qanadlarını (x5)
Dua etmək inanmadanSevmək bağlanmadanAta bilmək hərkəsi vaxtında, hətta olsa doğmanDilənmədən, varlanmadan, xoşbəxtlik axtarmadanSəni dinləyərlər əsrlərlə bir söz anlamadanArada pərdə saxlamadan açaraq bütün səhvləriBağırmaq həqiqəti buraxmadan heç bir hərflərinBalaca qanadlarını aç, uç və unut hərkəsiBalaca qanadlarını aç, uç və unut hərkəsiSabahına saxlamadan xərcləmək irəli baxmadanXərcləmək sevgidən və ümiddən içini tapmadanDüşünmədən və qorxmadanKörpünün davamı olmadanHər addımında havada qalmaq aşağı baxmadanGüvənmədən və tanımadan Tanrıdan başqa dostAdımı yaz ya qızıl hərflərlə, ya da ki, tamam pozQorxulu hisslər və fikirlər bataqlığında boğulYa da ki üz, qap və çabala, dart və yaxala, bacar, dözBu elə dərin quyu ki, ancaq çıxa bilərsən özünHəyatın elə bir anı yox məsləhət, dost ya çözümHəyatın elə bir yolu ki, yox işarə, yoxdur başa salanÇünki sənsən birinci, çünki sənsən ilk bu yolu salan
Aç balaca qanadlarını (x10)