Orxan Zeynallı "Mavi Qızılgüllər" lyrics

Mavi Qızılgüllər

Bu gülü bağışladım ki, sən dərk edəsənBu gülü bağışladım ki, sən tərk edəsənBu günü yaşadım ki, anlayasan bəlkə də sənBu ömrü yaşamadım ki, sən məhv edəsənZamanı verməyiblər ki, biz onu qaytaraqQədrini bilmədikcə ancaq xəyallardaHəyatı verməyiblər ki, biz onu aldadaqXoşbəxt olduğumuzu deyək ancaq yalanlardaSevgini vərməyiblər təkcə ondan mahnı yazaqBilirəm sətirlərimdə sevgi müqəddəsdiTorpağı verməyiblər təkcə orda qəbir qazaqİstərəm torpaqda bitsin mavi qızılgüllərBahar vaxtı açıq qalan pəncərələrdənBaxıb güc alanda küçədə sevgililərdənGizlədəndə gözlərimdə sevgimi hərdənBu həyatı istəmədiyimi anlamışdım lap öncələrdənQələmi verməyiblər mənə, mən tək səndən yazımSəhərlər ayırır məni sevdiyim gecələrdənÜrəyi verməyiblər mənə orda tək səni daşıyımBu qəlbi qırıq-qırıq toplamışam bir neçə yerdən mən

Bu günlər bizim ömrümüzdən keçərMənim son ümidim açılan səhərSənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərəBiz dünyamızı döndərəcəyik yenəVurulaq yenə, sarılaq yenəSon dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla

Uşaq vaxtı axtarırdım möcüzələri mənTapmadıqca tez-tez deyirdim ki, düzələr mənMaraqsızlaşırdı həyat böyüdükcə mənGətirmir böyük arzuya böyük büdcələrSən də bir möcüzə deyildin, nə qədər oxşasan daSən də yaşada bilmədin, qanıma qarışsan daSən də qalmayacaqsan yadımda uzun illərİstərəm torpaqda bitsin mavi qızılgüllərİnsanlar əl uzadır hərdən yerdən qaldırmaqçünBu əllər heç vaxt qaldırmayacaq qanadlartəkİnsanlar əl uzadır çox vaxt aşağıya dartmaqçünQanadlarsa heç vaxt incitməyəcək əllərtəkMən artıq istəmirəm adi insan, adi həyat tərziArtıq istəmirəm əvvəlcədən bilim gələn fəsliİstəyirəm ki, mənim üzümə gülsün göylərİstərəm torpaqda bitsin mavi qızılgüllər

Bu günlər bizim ömrümüzdən keçərMənim son ümidim açılan səhərSənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərəBiz dünyamızı döndərəcəyik yenəVurulaq yenə, sarılaq yenəSon dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla

De ki, sən də gözləməmisən möcüzələrDe ki, görməmisən yuxuda heç vaxt uçduğunuDe ki, saymırsan özünü hamıdan fərqliDe ki, istəmirsən bir gün qızıl balıq tutmaqQorxma, uşaqlıq deyil bunları xəyal etməkMəncə, mümkünsüz deyil hər şeyi real etməkMən dəli olmamışam, göz yaşını sil artıqMən istəyirəm ki, insani dərdlər bitsin artıqMənə göydən gəldi bu toxumlar hədiyyəBu deyil bir işarə, bənzəmir dini vəhiyyəDedilər bunu əksən torpaqda bitsə əgərMavi qızılgüllər sən də olacan bizdən biriMən özümlə aparmaq istədim səni uzaqlaraSənsə inanmırsan, dözürsən bu yalanlaraMən sonsuz yaşayacam de bütün insanlaraArtıq tab gətirmədim dünyada üsyanlara

Bu günlər bizim ömrümüzdən keçərMənim son ümidim açılan səhərSənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərəBiz dünyamızı döndərəcəyik yenəVurulaq yenə, sarılaq yenəSon dəfə rəqs etmədik yağışda, məni bağışla, məni bağışla

Here one can find the lyrics of the song Mavi Qızılgüllər by Orxan Zeynallı. Or Mavi Qızılgüllər poem lyrics. Orxan Zeynallı Mavi Qızılgüllər text. Also can be known by title Mavi Qizilguller (Orxan Zeynalli) text.