Orxan Zeynallı "Həyatın Özü" lyrics

Həyatın Özü

(verse: AiD)Xəyanət sabahı verilən gül dəstəsi kimi, səmimiyyətdən uzaqDanışmaq çətindirsə gəl yazaqSehrli baxışın kimi əllərin də varsaAl bu qış fəslin, əbədi döndər yazaUnutmaq xəyal qurduğun gələcək səni etmədən məhvSon mənzil eynidirsə, niyə bu qədər pillə edim dəf?Ayağım səhv, hər addım atdıqca, növbəti hərfDəyişir alın yazımızda, susur göylər çünki edir sərfYuduqca sən hər sahiliDəniz oldu sənət sahibiGözü kor şairlər belə hiss edib sevər zahiriBitəcək qanlı döyüşlər qəlbdə hissələr daxiliDövranı yenə də sevməz əgər diriltsələr SabiriBu sevgi sağ idi onu yaşatmaqçün sən yarandınİllərdir kimlərsə sevir, illərdir kimlərsə dözürGörəsən işlədərmi sevgililər həyatım sözün,Sevgilidən qabaq xəyanət etsə həyatın özü?!

(Nəqarət: Tomris)Həyatdan ötən illər hədər olmazKönüldə bitən güllər bir də solmazSabahlar arzularıma gedən bir yolBu yollar bağlanmaz

(verse: AiD)Yenə sən getdinYenə tək qaldımTanış notların içində birdən yarandı səsNə yaxşı dünən keçmişdə, bu günsə yanımda sənHəyatın dəyəri qalmayıb, bil artıq qanımda sənHəqiqəti tap misralarda mən əgər yalan desəmQırılmış qəlb əlimdə göylərnən danışandaDedi xəstəlikdir təklik al bu mələyi dərmandır sevEdəndə hər anda bəhs, içilən hər and əbəsGedərdi sayılsa birgə yaşadığımız hər an bir səhvMəni pis tanıyan bir kəs, nə bilsin dərin nəfəsÇatmasa diriltməyə məni bəsdi oyan canım desənBu qəlbi yaxşı tik sevginlə qorxma yaram dözərUçmağa həsrət sevgimizi qanadların bəzərVə hətta pıçıldasa qulağıma ayı yarım kəsənYenə də sevərəm olmaq sənlə mənə haram desə

(Nəqarət: Tomris)Həyatdan ötən illər hədər olmazKönüldə bitən güllər bir də solmazSabahlar arzularıma gedən bir yolBu yollar bağlanmaz (x2)

(verse: AiD)Pıçıltı danışmaq üçün bəs etmirsəQələmim artıq kağızları isitmirsəMən gedərəm bilsəm ki, vərəq boş qalmazYumşaq sətirlərsiz qəlblərə daş dolmazHərdən, səni incidəndə sevilməyPərdəni, salıb arxamı çevirməkTərk etsəm də bəlkə boşluq yaranmazGet narahat olma bu yollar bağlanmaz

(Nəqarət: Tomris)Həyatdan ötən illər hədər olmazKönüldə bitən güllər bir də solmazSabahlar arzularıma gedən bir yolBu yollar bağlanmaz

Here one can find the lyrics of the song Həyatın Özü by Orxan Zeynallı. Or Həyatın Özü poem lyrics. Orxan Zeynallı Həyatın Özü text. Also can be known by title Heyatin Ozu (Orxan Zeynalli) text.