Qaraqan "Mən İnanmıram" lyrics

Mən İnanmıram

(Nəqarət: Qaraqan)Mən inanmıram, mən görürəm gecələr ancaq ulduzlarıMən inanmıram, mən görürəm bəyaz səmada ancaq günəşiMən inanmıram, hiss edirəm havanı, küləyi, dənizləriMən inanmıram, bəsdi danışmayın mənə yalan hekayələri

(verse: Qaraqan)Mən inanmıram sizə, siz qəzetlər, verlişlər, kanallar, dalğalar, xəbərlərMən inanmıram sizə, siz valideynlər, qohumlar, ailəvi nəsihətlər, tərbiyələrMən inanmıram sizə, siz müəllimlər, məktəblər, dərsliklər, imtahanlar, qiymətlərMən inanmıram sizə, siz şayələr, dedilər, qodular, nağıllar və qeybətlərMən inanmıram sizə, siz sevgilər, 8 Mart, Valentine, üzüklər, nişanlarMən inanmıram sizə, siz mollalar, yalançı nəzirlər, ikiüzlü imamlarMən inanmıram sizə, siz matəmlər, tətillər, qara günlər, ağ günlər, bayramlarMən inanmıram sizə, siz insanlar, insanlar, insanlar, insanlarMən inanmıram sizə, siz banklar, kreditlər, maaşlar, pullar və faizlərMən inanmıram sizə, siz tanışlıq, yerlilik, yaltaqlıq, qohumbazlıq, xahişlərMən inanmıram sizə, siz yaxınlar, dostlar, tanışlar, facebookda commentlərMən inanmıram sizə, siz ulduzlar, Hollywood, Grammylər, Oscarlar, Happy EndlərMən inanmıram sizə, siz bayraqlar, torpaqlar, əcdadlar, dostlar və düşmənlərMən inanmıram sizə, siz Bağdadlar, Əfqanıstan, sülh adıyla məhv olan VietnamlarMən inanmıram sizə, siz qızıllar, brilliantlar, dəb, glamour əskilər və brendlərMən inanmıram sizə, siz manikenlər, maskalar, oyuncaqlar, barbielər və kenlər

(Nəqarət: Qaraqan)Mən inanmıram, mən görürəm gecələr ancaq ulduzlarıMən inanmıram, mən görürəm bəyaz səmada ancaq günəşiMən inanmıram, hiss edirəm havanı, küləyi, dənizləriMən inanmıram, bəsdi danışmayın mənə yalan hekayələri

(verse: Qaraqan)Mən inanmıram sizə, siz məşhurluq xətrinə fəlsəfədən yazan saxta şairlərMən inanmıram sizə, siz varlılar gələndə həkimlər, kasıblara qatillərMən inanmıram sizə, siz fanatlar, bir səhvə görə hazırsız məni məhv etməyəMən inanmıram sizə, siz xaç yürüşlərindən sonra danışırsız insanları əhv etməkdənMən inanmıram sizə, siz Coca-Cola, General Motors və rəngli agetasiyalarDünyada yoxdu artıq ölkələr, dünyanı çoxdan idarə eləyir koorparasiyalarMən inanmıram sizə, siz yaslar və toylar, bukmakerlər, satılmış oyunlarSiz qaynanalar, qaynatalar, sevgini məhv edən baldızlar, qudalar, qayınlarMən inanıram göydə parıldayan günəşə, o verir mənə isti, o verir mənə nurMən inanıram qayalardan axan bulağa, o verir mənə can, o verir mənə suMən inanıram torpağa, mən onun üstündəyəm, dərindən nəfəs alıram təmiz havaylaMən inanıram küləyə, məni sığallayır, dənizin içində rəqs edirəm dalğaylaFərqi nə sən kimsən, nədir adın, millətin, biz isinirik altında eyni günəşinBir səma altında bir neçə ovuc insan, deyin, nəyə görə bir-birinin düşməniMən inanmıram müharibələrə və silaha, mən inanmıram qəhrəmanlığa, boş qanaMən inanıram ancaq sevgiyə, mən inanıram ancaq Allaha

(Nəqarət: Qaraqan)Mən inanmıram, mən görürəm gecələr ancaq ulduzlarıMən inanmıram, mən görürəm bəyaz səmada ancaq günəşiMən inanmıram, hiss edirəm havanı, küləyi, dənizləriMən inanmıram, bəsdi danışmayın mənə yalan hekayələri

Here one can find the lyrics of the song Mən İnanmıram by Qaraqan. Or Mən İnanmıram poem lyrics. Qaraqan Mən İnanmıram text. Also can be known by title Men Inanmiram (Qaraqan) text.