Azərbaycanım
Özün kimi vüqarlıdır uca dağların,Hüsnünə bir yaraşıqdır yaşıl bağların.Bizimlə bir başlamışdır gözəl çağların
Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.Anam doğma vətənimsən, Azərbaycanım.
El bilir ki, tükənməyən sərvətin vardir,Sinən üstü ağ pambıqlı göy tarlalardır.Buruqların göy Xəzərdə qatar-qatardır...
Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.Anam doğma vətənimsən, Azərbaycanım