Ayrılıq
Fikrindən gecələr yata bilmirəmBu fikri başımdan ata bilmirəmNeyləyim ki, sənə çata bilmirəmAyrılıq, ayrılıq, aman ayrılıqHər bir dərddən olar yaman ayrılıq
Uzundur hicrindən qara gecələrBilmirəm, mən gedim hara gecələrVurubdur qəlbimə yara gecələrAyrılıq, ayrılıq, aman ayrılıqHər bir dərddən olar yaman ayrılıq