Qaraqan "Bir Neçə Saatlıq" paroles

Bir Neçə Saatlıq

Mən gedirəm bir neçə saatlıqQapını bağla, qayıdacam birazdan, rahat olMən gedirəm bir neçə saatlıqHeç nə soruşma, axtarma, mənə zəng eləməMən gedirəm, qayıdacam bir neçə saataHələlik nə istəyirsən elə, bu evdə rahat olMən gedirəm, bir neçə saatlıqHeç nə soruşma, mənə zəng eləmə...

Mən gedirəm, bir neçə saatlıqBinanın damından son dəfə bu şəhərə baxmağaRuhum yapışıb sinəmdən, qışqırır -AzadlıqGedirəm göyərçinləri səmaya buraxmağaAddımların ardıyca, kölgəm gəlir ardımcaYağış tökdükcə muncuqlar səpir bulud ovcuylaGöz-gözə qarşılaşdı ac canavar ac ovçuylaGedirəm qanlı davaya öz gözümlə baxmağaMən gedirəm, bir neçə saatlıqTanrı uğrunda döyüşlərdə qan olub axmağaUlduzlar yoxdur səmada, səmalar qaranlıqİldrımlar işığında gedirəm içimi tapmağaMən gedirəm və böyük iddiam varKim deyir uça bilmir təyyarələrtək insanlar?!Necə ki, polad qanadlar gətirir tab küləyəQartal caynaqları sancılır arxadan kürəyəAyaqlar qalxır yerdən, bu olur tez və birdənAçılır qollar səmaya, burdan olmur dönməkÇırp əlləri, çapala, amma çatmır gücMən uça bilmədiyimi anlayıram, ama artıq gec...

Məni buraxın səmaya, olacam göyərçinMəni buraxın dənizə, olacam dalğaMəni tullayın alova, olacam qığılcımMəni buraxın payıza, olacam qarğa

Məni buraxın səmaya, olacam göyərçinMəni buraxın dənizə, olacam dalğaMəni tullayın alova, olacam qığılcımMəni buraxın payıza, olacam qarğa

Məni çağırırlar çətin xasiyyətli və soyuq insanSükuta tab gətirmir, sevə bilmir, donur insanMənim varlığım çoxlarıyçun olub dərd və cəzaƏlindəki baltayla cəlladını yolur insanMən gedirəm bir neçə saatlıq anlamaqçunHəyatıma kənardan özgə adamtək baxmaqçunİçimdə fırtınalar, zəlzələlər, burulğanlarSizin nifrət içimə qığılcımdı, partlamaqçunGedirəm axtarmaqçun, ürəkdən ağlamaqçunDiz çöküb öz qarşımda özümü bağışlamaqçunGülərüz insanlar və bəyaz dişli tanışlardanÖzüm tək bədbin və pis insanlara qovuşmaqçunSən məni anlamaqçun ən azı olmalısan şairMəni bağışlamaqçun yəqin olmalısan AllahVə əgər sən ikisindən heç biri deyilsənsəGötür istədiyin daşı, məni olar daşlamaq...

Məni buraxın səmaya, olacam göyərçinMəni buraxın dənizə, olacam dalğaMəni tullayın alova, olacam qığılcımMəni buraxın payıza, olacam qarğa

Məni buraxın səmaya, olacam göyərçinMəni buraxın dənizə, olacam dalğaMəni tullayın alova, olacam qığılcımMəni buraxın payıza, olacam qarğa

Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir...

Ici on peut trouver les paroles de la chanson Bir Neçə Saatlıq de Qaraqan. Ou les paroles du poème Bir Neçə Saatlıq. Qaraqan Bir Neçə Saatlıq texte. Peut également être connu par son titre Bir Nece Saatliq (Qaraqan) texte.