Qaraqan "Gübrə" paroles

Gübrə

Qaranlıq küçələr, boş prospektlərYaddaş dəhlizlərində tanış portretlərYağış isladır, küçələrdə yox heçkəsMənim beynimdə xatirələr, fraqmentlərGözlərim parlıyır sevincdən, hara istəsən yozSən axı bilirsən ki, daşdır ruhum, ürəyim buzVə nə qədər ki, yığır susduğumuz mövzular tozMən artıq deyə bilmirəm bir çox dostuma dostBu gündən sabaha bir neçə addım, bir neçə sözBu gündən sabaha səni unutmaqçün bir neçə qızBu gündən sabaha bir neçə yarımçıq şeirlərSənsiz həyatım ağ-qara filmdir, "Xoş seyirlər"Və islandıqca qısa, qorxaq addımlarSən qalacaqsan əbədi mənim yanımdaBilirəm, bunlar hamısı boş xəyallar, nağıllarÜrəyini qıracam və çıxmayacam ağlından

Nəqarət:Sən necə də gözəlsənBuz keçmişin süzülür, isti saniyələrBu gecə sən mənimsənBərk yapış, səni vermirəm heçkəsəMən ilıq əllərindəYağ bütün gecə, yağış, döy pəncərəniMən bu gecə səni sevirəmSağ çıxacaqmı sevgimiz səhərə?!

Bu çirkli zəmanədə tapmaq sevgi və saflıqDe mənə, ən yaxın on dostundan neçəsi insaflı?!De mənə, döydüyün neçə qapıda tapmısan ev?!Əbədi itirdiyin yaxınlardan neçəsi sağ?!Və bəzən ailə bilib qucaqladığın o kəslərVə bəzən yaradır gözəl musiqi çirkin səslər...Və bəzən ayrılırsan, axtarırsan, yorulursanSən heç vaxt öz xoşunla getmirsən, qovulursanMən bu gün qucaqlayacam qanadlarımıSənə danışacam həyat adlı bir nağılMənə borc ver bu gecə qorxularınıSabah söz verirəm qaytaracam hamısınıSoyun yalanları, qoy qalsın çılpaq həqiqətMən çox axtardım, indi tapdım, burdadır CənnətVə qadağan olunmuş meyvələrlə dolu süfrəHər öldürdüyüm sevgi növbəti sevgiyə gübrə...

Nəqarət:Sən necə də gözəlsənBuz keçmişin süzülür, isti saniyələrBu gecə sən mənimsənBərk yapış, səni vermirəm heçkəsəMən ilıq əllərindəYağ bütün gecə, yağış, döy pəncərəniMən bu gecə səni sevirəmSağ çıxacaqmı sevgimiz səhərə?!

Ici on peut trouver les paroles de la chanson Gübrə de Qaraqan. Ou les paroles du poème Gübrə. Qaraqan Gübrə texte. Peut également être connu par son titre Gubre (Qaraqan) texte.