Qaraqan "Mələk" paroles

Traduction vers:en

Mələk

(verse: Qaraqan)Sözlər və qış, gözlər və yaşTəhqir, alqış, biz düşmənVə yaz, qələmi ağlat və qaçÖldür və sev, sənsiz dözməzSənsən ailə və evQaytarma, seç artıq, ayrılmaq gecOla bilmir doğma, silə bilmirsən heçHisslər sönür artıq baxBütün hisslər də buzKimdi axı o? Sadəcə sıradan bir qız

Ama baxışları dəli eləyir məniOnun qolları əbədi qəfəsimMəni öldür, ya götür bu dərdləriBu mu sevgi? Mən tanımıram hissləri

Sözlər mi sərt yoxsa hisslərdi sədd?Mən səndə artıq qoymayacam sərhəd

(Nəqarət: Gültəkin)Dumanlar dəyişir şəhəri tanınmaz alətiyləKüləklər rəqs edir hisslərimizin hərarətiyləÜrəklər dözə bilər mi, de, dillər susa bilər mi?Mələklər yaralı qanadı çırpıb uça bilər mi?

(verse: Qaraqan)Günlərlə qəm, mən sənsiz kiməmSənə yazdığım sətirlərdə tapdım vətənSən burda özgə, mən sənsiz kölgəMən sənsiz buz baxışlı, daş bir heykəlÇıxart dərini, mənə çılpaq ruhunu göstər

Məni məhv edir bu uzun səssizlikMəni yandır, buz ürəyimə ver istiArtıq nifrət eləsən də mənə bəsdiTəki yanımda qal, mən olum təslimBu otaqlar yox artıq divarlarAcı xatirələr ürəyə toz bağlarBaxışlar qalır, uzaqlaşır ayaqlarRuhlar qucaqlaşır, uzaqlaşır ayaqlar

Pərdələri aç, təkcə çılpaq həqiqətAramızda yox artıq sərhəd

(Nəqarət: Gültəkin)Dumanlar dəyişir şəhəri tanınmaz alətiyləKüləklər rəqs edir hisslərimizin hərarətiyləÜrəklər dözə bilər mi, de, dillər susa bilər mi?Mələklər yaralı qanadı çırpıb uça bilər mi? (x2)

Ici on peut trouver les paroles de la chanson Mələk de Qaraqan. Ou les paroles du poème Mələk. Qaraqan Mələk texte. Peut également être connu par son titre Melek (Qaraqan) texte.