Qaraqan "Bayraq" paroles

Bayraq

Salam, üç rəngli bayraq, mən yalançıyamMən ancaq bayram günlərində sevirəm səniƏzbər bilirəm yüz fahişənin nömrəsiniAmma çoxdan unutmuşam himnimizin sözləriniXaricə gedəndə deyirəm ki, guya TürkiyədənəmMən utanıram Azərbaycan sözünü işlətməkdənErməni diasporası soyqırımlar uydurduqcaMən Bakıda məşğulam ancaq qız fırlatmaqlaYa da ki, çayxana, qeybət dalıyca qeybətSevmək əvəzinə millətimə eləyirəm nifrətRüşvətxor müəllimlərin savadsız tələbəsiQeyrətin məğlubiyyəti, fastfood'un qələbəsiMən baxıram ancaq səviyyəsiz verlişlərəƏttökən aparıcılar, səviyyəsiz müğənnilərəMən indi yaşayıram sms və mms'ləÇoxdan unutmuşam nədir kişi kimi üzbəüz söhbətSalam, bayraq, mən sənin nankör övladınYüz yola əl atıram əsgərlikdən qaçmaqçünSən mənə verdin həyat, mənə verdin azadlıqYaxşı, bəs mən nə eləmişəm sən bayraqçünMənə lazımdı toppuş bacılar və toyxanalarAmma toz altında məhv olur böyük kitabxanalarMənə lazımdı falçılar, bir də ki, fahişələrBir də lazımdı, isti, duzlu paçka dollarMən sənə layiq deyiləm, ey, üç rəngli bayraqMənim çoxdan vecimə deyil QarabağBeynimdə ancaq pul yığmaq yastıq altınaBirinci telefonu dəyişmək, ikinci maşın almaqMən vergi verməməkçün evə naqil çəkdirirəm20 Yanvar'da baxıram MTV'yə internetdənDüşmənin ermənidi sənin, ey, üç rəngli bayraqAmma sənin nankor oğlun bu gün pisdir ermənidən

Bağışla, bayraq, ola bilmədim sənin qəhrəmanınBağışla, yağır yağışlar, qanlı yağışlarBağışla, xalqım, ola bilmədim sənin qəhrəmanınBağışla, yağır yağışlar, qanlı yağışlar

Bağışla məni bayraq, bağışla məni torpaqMənim ən böyük arzum köçmək burdan, Green CardBağışla məni millət, bağışla məni xalqMən unutmuşam nədir vətəndaş olmaqBağışla məni ana, mən tərbiyəsiz böyüdümSən mənim gələcəyimi tamam başqa cür görürdünBağışla məni ata, kişilik dəbdə deyilO vaxt Qarabağda sən heç nə üçün döyüşürdünBağışla məni Allah, mənim dinim VercaceMəscidim bar, peyğəmbərlərim ulduzlarBağışla məni Tanrı, mən günahkar insanQaranlıq səmamda parlamır ulduzlarBağışla məni həyatMən yaşadım ancaq yatmaqçün, gəzməkçün, doymaqçünBağışla məni bayraqBağışla məni bayraq, sənə yazdığım mahnını da yazdım məhşur olmaqçün

Ici on peut trouver les paroles de la chanson Bayraq de Qaraqan. Ou les paroles du poème Bayraq. Qaraqan Bayraq texte.