İnanmayardım
Yenə ömrümü sən,Narahat etdin sən,Yol çəkən gözlərimQalar gümanda.Yenə səninlə mən,Sənin qəlbinlə mən,Görüşə gəldim mən,İnanmayardım
Yenə məhəbbətə düşdü mənim qəlbim,Seviləcəyimə, ah, inanmayardımÜrəyimi gəldin eşq oduna saldın,Xoşbəxtliyimə mən, ah, inanmayardım
O gözəl görüşlər, möcüzə görüşlər,Yenə muradıma çatmaq istərəm, yar, yar
Coşan dənizəm mən,Sevən bir qızam mən,Özün gördün ki, sən,Yalnız səninəm.Baxma dünyada, yarAyrılıqlar da var,Yolun sonunda biz,Qovuşar sevgimiz
Yenə məhəbbətə düşdü mənim qəlbim,Seviləcəyimə, ah, inanmayardımÜrəyimi gəldin eşq oduna saldın,Xoşbəxtliyimə mən, ah, inanmayardım
O gözəl görüşlər, möcüzə görüşlər,Yenə muradıma çatmaq istərəm, yar, yar
Arzular sonsuzdur,Ümidlər kövrəkdir,Bir quş kimi göydə,Çırpınar ürəklər.Yollar da ayrılır,Yollar da birləşir,Məşuqlar sevəndə,Dünya gözəlləşir
Yenə məhəbbətə düşdü mənim qəlbim,Seviləcəyimə, ah, inanmayardımÜrəyimi gəldin eşq oduna saldın,Xoşbəxtliyimə mən, ah, inanmayardım
O gözəl görüşlər, möcüzə görüşlər,Yenə muradıma çatmaq istərəm, yar, yar
İnanmayardım...İnanmayardım...