Qaraqan "Dost" letra

Dost

(verse:Qaraqan)Uşaqlıq dostları indi sanki yad planetlərGünahkar tale idi biz əlində marianetlərSənin sükutun bütün suallarıma cavab idiUşaqlıq arzuları yalançı bir qanadı idiİndi kariera diplom praktikalar sessiyaHəyatımız gülüşlərlə dolu zərif aqresiyaMənim içimdə nifrət və yəqin özümə qarşıÜzümə ağırlıq verirdi baxışların daşıGüya taley qardaşı , Yəqin ki çıxdıq ögeyHəyat belədi fikir verməyək, öyrəşəy, dözəyVə hər salamda əlimə əsir şimal küləylərinGör həyat kimlərə çevirdi bizi biz neylədiy?Buraxdığımız səhvlər,çoxu bilərək qəsdənNə qaldı sevgidən,sevincdən,gülüş,həvəsdən?Sənin gülüşün üçün gərəkdi tüstü dolu qədəhlərMənim gülüşüm üçün gərəydi yəqin ölü mələklərYada dünyanın axrı bir az gülümsəməy üçünÇağırmamışam səni pisləmək üçün,deyinmək üçünSadəcə yeni maska almışam və geyinməy üçünBaxıram sənə düzgün axı sən mənim güzgümDost.

(Nəqarət:Qaraqan)Dön bir anlıq bax özünə güzgüdəGör necə dəyişdin son illərdəHeç nə qalmadı o təmiz gözlərdənQaraldıqca qaraldı...Say! Neçə ili keçmişə bağışladın?Yarpaqlar ağaclardan töküldükcəGücün artıb çoxalsada saçların ağardıqca ağardı..

(verse:Qaraqan)Günlər keçir yeni tanışlar və hadisələrHər dəfə kimsə gəlir sonra birdən gedirlərVə bir gün anlıyanda tək olduğunu bu həyatdaQəfəs açıq olsada uçmaq olmur tək qanadlaBiz sanki həyat inqubatorunda şəxsiyətlərSəkkiz saatlıq işlər bir aylıq məzuniyyətlərVə dövlət qarşısında borclarımız məsuliyyətlərBiz axı belə deyildik? Çəkdiyimizi əziyyətlərOxuduğumuz kitablar deməli hamısı boşduNeyləməy olar həyat sevgi,sevgi pul,pul işdiVə beləcə sürünürdük dolanmaq üçün bir təhərŞəhzadə axtarırdıq tapdığımız fahişələrZaman sürətli qatar,ünvansız dayanacaqsızÜrək mühərrikləri siz də bir gün dayanacaqsızİki dostun sükut söhbətində mimikalarHarımçıq jestlər sanki qəmli lirikadanMən sənə bağışladım uşağlığıvın intiharınCəmiyyətin çəkiciylə qırdığın xoş arzularınBu sənin cizgilərin ,izlər altında qarınVə inan özümkü tək hiss edirəm ağrılarınDost.

(Nəqarət:Qaraqan)Dön bir anlıq bax özünə güzgüdəGör necə dəyişdin son illərdəHeç nə qalmadı o təmiz gözlərdənQaraldıqca qaraldı...Say! Neçə ili keçmişə bağışladın?Yarpaqlar ağaclardan töküldükcəGücün artıb çoxalsada saçların ağardıqca ağardı..

Aquí se puede encontrar la letra de la canción Dost de Qaraqan. O la letra del poema Dost. Qaraqan Dost texto.