Qaraqan "Baş Rolda Özüm" letra

Traducción al:rutr

Baş Rolda Özüm

Onlar oturur kafedə, mən küçədəyəmOnlara gəlir isti yeməklər, mən şaxtadayamOnlar gəzirlər cipdə, mən taksidəyəmOnlar dəniz kənarı parkda, mən arxadayamO onu dəvət eləyir rəqsə, mən hirslənirəmOnlar çevriləndə mən hər tərəf gizlənirəmO ona alır güllər, göndərir hədiyələrO onu sevir, amma mən də onu sevirəmOnlar gəzirlər küçədə, mən kafedəyəmOnlar hiss edəndə kimsə güdür, mən gizlənirəmOnlar gəzir dükanları, dənəyir paltarlarıO paltarlı istəyir, mən paltarsız istəyirəmOnun sevgilisi pullu, mənim şansım yoxduOnun ətrafında mənim kimi oğlanlar çoxduMənim ürəyimə girən yeganə qızdıOna yaxın olmaq üçün oluram sevgilisinin dostu

Onlar keçirir ad günü, mən birinci qonağamOnlar qızdırır əllərini, mən yandıran ocağdaOnlar seçirlər mənzil, mən məsləhətçiOnlar haranı gəzir, mən onlara oluram bələdçiO onu öpür, mən üzümü çevirirəmOnların xoşbəxt anlarına dözə bilmirəmOğlan mənə danışır gecə baş verənləriYatağı, qızı, toxunuşları, səsləriO mənə etibar eləyir, mən eləyirəm nifrətOnların toy günündə, mən çəkirəm həsrətOnların toy gecəsi, şəkillər, bal ayıBir il sonra uşaqlarının ilk sözü olur “dayı”Onlar oturur kafedə, mən kafedəyəmOnlar uçursa xaricə, mən də xaricdəyəmOnlar açırsa şirkət, mən oluram şərikBu sevgi üçbucağı, bu qanlı mühərrikOnlar sevişir yataqda, mən qonşu otaqdaOnlar qəhrəmanlar, mən epizodik rol qıraqdaOnlar yaşayır öz həyatını, mən onların həyatınıMənim adım Qaraqan, yox mənim, yox adım….

O işlə bağlı uçur xaricə, mən evdəyəmMən onun ən yaxın dostu, mən arxa dirəyəmTək qoya bilmir həyat yoldaşını, körpəsiniMən oluram başçısı onun ailəsininO işləyir xaricdə, biz şəhərdəyikO biznes danışıqlarında, biz kafedəyikO yorğun oteldə, biz artıq evdəyikYedizdirdik, uzatdıq, yatmağa körpəniO artıq yuxuda, mən onun sevgilisiyləÖzümü saxlayıram güclə, əsəb ülgücdüDaxil olur duşa, deyir biraz tərləyibEhtiras təmiz ruhumu tamam zəhərləyibƏri xaricdə pul qazanır, mən onun dostuMəni çağırır hamama, deyir su çox istiMən yumub gözlərimi istəyirəm tənzimləyimNövbəti saniyə o çılpaq üstümdə mənimDavamlı öpüşlər, ehtiras, etirafO çılpaq, mən geyimdəO çılpaq, mən çılpaqDağılmış su, sınıq aynanın çiliyləriNalələr, ahlar, o biri otaqdan uşaq səsiGözümün qarşısında fraqmentlər, xatirələrElə ah çəkir ki, heç belə ah çəkmir fahişələr3 il əzab çək sevgiyə görə, 3 il gizlətBu zibilçə isə bir gündə etdi xəyanətOnun üçün fərqi yoxdu, bu mənəm ya başqa biriMən onu itələyirəm, o buraxmır-buraxmır məniO tökdü ləkələr, mənim təmiz hissləriməDodağlar iyrənc, nifrət eləyirəm əllərinəMən heç vaxt istəməzdim bu cür düşsün gözümdənBacarmıram, itələyirəm, onu vururam dizimləOna etiraf eləyirəm 3 illik sevgimiAmma başa salıram ki, bu etdikləri xəyanətdiVə qapı açılır dostum əlində silahZorlanmış həyat yoldaşı və dost alçaqNövbəti kadr, məncə ehtiyac yoxdu şərhəArtıq hamı bilir, kimə dəyir güllə…..

Aquí se puede encontrar la letra de la canción Baş Rolda Özüm de Qaraqan. O la letra del poema Baş Rolda Özüm. Qaraqan Baş Rolda Özüm texto. También se puede conocer por título Bas Rolda Ozum (Qaraqan) texto.