Bir Payız Gecəsi
Bir payız gecəsi ne uzun oldu,Səhərim nə yaman gecikir mənim?Baharım gəlməmiş çiçəyim soldu.Hər işdə ləngidi budur qismətim
Gözlərim gözünə dikilir sənin,Xəyalım yanına köçə bilməyir..Açır kirpiklərini uzun gecəninQara köynəyini keçə bilməyir
Bu payız gecəsi yaman uzandıYuxum tikan kimi batır gözüməBir fikir közərib, o fikri dandıBir gecəlik həsrət ömürmüş, demək..
Sirrimiz, sevdamız yatır dərindəÖzüm-özüm üçün, unudulmuşam,Mənim ki, intizar gecələrimdəSənə özümdən də yaxın olmuşam...
Bu payız gecəsi yaman uzandıYuxum tikan kimi batır gözüməBir fikir közərib, o fikri dandıBir gecəlik həsrət ömürmüş, demək..
Bu payız gecəsi yaman uzandıYuxum tikan kimi baxtır gözüməBir fikir közərib, o fikri dandıBir gecəlik həsrət ömürmüş, demək..