Muslim Magomaev "Əziz Ana" letra

Traducción al:ru

Əziz Ana

Əziz ana, şirin sözlü ana,Qəlbin kövrək, eşqin solmaz bahar.Gülər üzlü, qara gözlü ana,Hara getsəm gözün mənə baxar.Ana qəlbin laylay olar gəzər,Doğma səsin ömrü-günü bəzər.

Laylay dedin, anam, laylay dedin mənə,Həyat verdin mənə, əziz ana.Laylan hələ yaşar,Laylan ellər aşar,Günəş kimi yana-yana, ana.

Ana, səsin aydın səhər olar,Ana, qəlbin keşik çəkər bizə,Yolum üstə uzaq səfər olar,İşıq olar nurdan düşən gözə.Mənim görən gözümsən sən, ana,Ömrüm-günüm, özümsən sən, ana.

Laylay dedin, anam, laylay dedin mənə,Həyat verdin mənə, əziz anam.Laylan hələ yaşar,Laylan ellər aşar,Günəş kimi yana-yana, anam

Aquí se puede encontrar la letra de la canción Əziz Ana de Muslim Magomaev. O la letra del poema Əziz Ana. Muslim Magomaev Əziz Ana texto. También se puede conocer por título Eziz Ana (Muslim Magomaev) texto.