Əlvidalarımı Payladım
Açdım payıza pəncərələriƏlvidaları payladım və qaçdımQalmayıb yurdum, evim, vətənimMən özüm özümə yad, qərib və qaçqınYol boyu qırıb atdığım qəlblərinHər birinə tapıldı dost və sevgiTopladım çantama nifrətlərinÜzlərinə son dəfə gülüb getdimBura Tanrını tapmağa gəlmişəmMən axtarmıram artıq dost, nə düşmənHisslərimə dərin bir quyu qazdım mənOnları daha istəmirəm bölüşməyQapılarımı qıfıl vurub arxadanHeç kəsi birdə içimə buraxmadanBurda tək qalmalıyam bir neçə fəsilBir neçə suallıq tək qalmalıyamOnlar mənə hələ çox deyəcək "dəli"Korlar ölkəsində kimə lazım rəssamBu ki ahıdır minlərlə qəlblərinÜrək nədir bilməz vəhşi qəssabBoz şəhərin dar küçələrindən məniSil məni, sən yadından çıxart məniDaşla həqiqəti, sev yenə bütləriSəni məhv eləyəcəy sənin həqiqətinYum gözləri və ona qədər say, dostGetmə dərinə, düşünmə bu qədər, bəsdirBu mahnılar deyil sənin üçün əyləncəMənim həqiqətim deyil artıq oyuncaq