Həyatın Qanunları
(verse: Qaraqan)Mənə dedilər rap yaz - rap yazdımMənə dedilər hit yaz - hit yazdımMənə dedilər dərs oxu - oxudum, beyin qırışlarıma bilik toxudumMənə dedilər ver imtahan - verdimMənə dedilər diplom al - ala, aldımMənə dedilər al təzə geyimlərNələr ki, dəbdədi, lazım elə geyinməkMənə dedilər pul tap - pul tapdımMənə dedilər qız tap - allatdımMənə dedilər məktəb, tələbə, qulluq, vətənə get əsgərliyə
(Nəqarət: Qaraqan)Bu həyatın qanunları, necə sevirəm mən onlarıBu həyatın qanunları, yox olur bir-bir arzularımBu həyatın qanunları, necə sevirəm mən onlarıMənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım
(verse: Qaraqan)Mənə dedilər gəl əsgərlikdənGəl səni tanış eləyək Ələsgər əmiylə,Atanın dostu, yerlisi, qohumuBaşda işləməyə - baş üstə, olduMənə dedilər maaş gətir - verdimMənə dedilər saçın uzun - kəsdimMənə dedilər qonşunun qızı var, bax ona - baxdım, sonra nişanlandımMənə dedilər maşın al - Tofaş aldımMənə dedilər döymə - başa saldımMənə dedilər ev alaq, evləndirək - qızla yatmaq üçün hamını borca saldımMənə dedilər toy elə - evləndimMənə dedilər döz bala - nervləndimMənə dedilər qız ver ya oğul - beynimə saldım, soxdum, doğdu
(Nəqarət: Qaraqan)Bu həyatın qanunları, necə sevirəm mən onlarıBu həyatın qanunları, yox olur bir-bir arzularımBu həyatın qanunları, necə sevirəm mən onlarıMənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım
(verse: Qaraqan)Mənə dedilər pul qazan - qazandımDedilər qızıl al - aldım, aldımMənə dedilər qızına pul ver,Oğluna maşın al, evləndir, yola salMənə dedilər qocalırsan - qandımMənə dedilər keç otağına - keçdimMənə dedilər kəs səsini - kəsdimMənə dedilər süz - süzdüm, içdimMənə dedilər sat evi, böl puluBu qızına cehiz, bu da ki oğlununMənə dedilər sakit ol, danışmaSən qoca, bilməzsən səhv nə doğruduMənə dedilər bax seriala - baxdımMənə aldılar təsbeh - fırlatdımXəstələndim, dedilər döz - dözdümBezdi həkimlər, dedilər öl - öldüm