Kağız Gəmilər
Həyat qəribədir, mən lap qəribəyəmHəyat dərs, mən dərsdən qaçan tələbəyəmSən müəllimsən, mənə öyətdin yalanıBu tilsim, bu hisslər saxladı zamanıBakı oldu oyuncaq şəhər, biz uşaqHəyat karusel, əyləncə, tamaşaSən mənə öyətdin səbəbsiz gülməyiMən sənə öyətdim dəli kimi sevməyi
Həyat qəribə idi, biz lap qəribə idikHəyat dərs, biz dərsdən qaçan tələbə idikGündüzlərdən isti idi bizim gecələrCümlələr bir sözlük, sözlərimiz hecalarMahnılar daha doğma, ruhumuz daha təmizSusurdu dodaqlar, danışırdı gözlərimizİndiki hisslərimiz ərimiş şam kimiTapdaladın məni, qucaqladım izlərini...
Kağız gəmilər, necə tab gətirsin bu qədərböyük dalğalaraBatanda kağız gəmilər, uşaqlar başlayıronlara baxıb ağlamağa
Sən də ağladın, son məktubunda yazanda"sevmirsən məni"Mənim də qəlbim sənin dəniz gözlərindəkağızdan bir gəmi...
Həyat qəribə idi, biz lap qəribə idikBiz uşağ idik, sadəlövh körpə idikHəyat aldadır, biz necə inanırdıqAxı deyirdi dostlar, esl sevgi nağıldıBiz arzu sahilində qumdan saraylar tikirdikBütün dünyanın acığına ürəkdən sevirdikTəyyarələr ayırırdı, yollar ayırırdıUçurumlar arasında ipək körpülər çəkirdik
Biz inanırdıq və bu inam bizi aparırdıGüc verirdi ümidlər və sevgimiz dayanırdıPul, valideynlər, sərhədlər, qadağalarBiz uçurduq göylərdə, onlar aşağıda qalırdıYadına gəlir? düzəltmişdik kağızdan gəmiİçində yazıb " sevirəm mən, sevirəm səni"Buraxdıq dənizə ki, o üzsün əbədiAmma gələn ilk dalğa batırdı gəmini...
Kağız gəmilər, necə tab gətirsin bu qədərböyük dalğalaraBatanda kağız gəmilər, uşaqlar başlayıronlara baxıb ağlamağa
Sən də ağladııın, son məktubunda yazanda“sevmirsən məni”Mənim də qəlbiiim sənin dəniz gözlərindəkağızdan bir gəmi...