Aygün Kazımova "Sevdi Ürək" paroles

Sevdi Ürək

Bu nə cür eşq odudur ki, bürüyübdür canımıÖzümü atəşə saldım sevib Aygün xanımıO da sanki, aya bənzər, günə bənzər bir adamOna məncə vurular, aşiq olar hər bir adam

Səninlə ki, görüşmüşəmAh nə yaman dəyişmişəmMən də bu eşqə düşmüşəmMən də sevirəm

Səninlə ki, görüşmüşəmAh nə yaman dəyişmişəmMən də bu eşqə düşmüşəmMən də sevirəm, mən sevirəm

Məni sevsəndə yenə mən daha artıq yanıramSənə kim eşqini elan eləyir, qısqanıramÖz əlin dəysə sənə, qısqanıram əlləriniMənə qalsa deyərəm, tökmə üzə tellərini

Nə günah sahibiyəm ki, axı az danla məniMəni el sevsə də, yalnız səninəm anla məni

Hövsələdən çıxma beləQəlbini heç sıxma beləŞübhə ilə baxma beləMən də sevirəm

Hövsələdən çıxma beləQəlbini heç sıxma beləŞübhə ilə baxma beləMən də sevirəm, mən sevirəm

Səni elə sevdi ürəkSəni elə sevdi ürəkGəzər eşqinlə bütün dünyanı

Səni elə sevdi ürəkSəni elə sevdi ürəkGəzər eşqinlə dünyanı

Nəcə isbat eləyərsən, mənə məhəbbətiniEliyərsənmi, desəm tərk elə öz sənətiniO zamanda ürəyim rahat olar dincələrəmSəni bu sevgi də öz yarına sadiq bilərəm

Dərk elə öz söhbətini, gəl unut bu niyyətiniSən sevirsən sənətini, mən də sevirəm

Dərk elə öz söhbətini, gəl unut bu niyyətiniSən sevirsən sənətini, mən də sevirəm, mən sevirəm

Elədirsə qoşulaq bir-birinə ad eləyəkSən oxu məndə deyim, bir təzə icad eləyəkOla gerçək və həyata keçə bu xülyamızHəmi sənət yaşasın, həm də bizim sevdamız

Var idi məndə də çoxdan belə bir arzu, diləkYaradaq mahnı qoyaq biz adını "Sevdi Ürək"

Qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalanYarım məni sevir yaman, məndə sevirəm

Qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalanYarım məni sevir yaman, məndə sevirəm, mən sevirəm

Səni elə sevdi ürəkSəni elə sevdi ürəkGəzər eşqinlə bütün dünyanı

Səni elə sevdi ürəkSəni elə sevdi ürəkGəzər eşqinlə dünyanı

Ici on peut trouver les paroles de la chanson Sevdi Ürək de Aygün Kazımova. Ou les paroles du poème Sevdi Ürək. Aygün Kazımova Sevdi Ürək texte. Peut également être connu par son titre Sevdi Urek (Aygun Kazimova) texte.