Aygün Kazımova "Qısqanıram" lyrics

Qısqanıram

Aygün Kazımova :

Mən istərəm ki, açasan sən ürəyini.... (x2)

Namiq Qaraçuxurlu :

Səninlə görüşəndə ah, necə sərbəst oluram,Bəlkə də anlamıram, özüm-özümə qəsd oluram...Atıram iş-gücümü qollarında məst oluram,

Hər işim yaxşı gedir, özümü bəxtəvər sanıram (x2)

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram. (x2)Hələ tezdir səni mən yerə də, göyə də qisqanıram. (x2)

Çox şeyi danışmıram qaraltmamaq üçün qanını,Sən bilirsən sevirəm canımdan artıq canınıElə hallarda olur ki, görürəm nöqsanını

Danışım, danışmıyım içimdə alışıb yanıram... (x2)

Aygün Kazımova :

Mənim əməllərimi nöqsan hesab eyləmisən,

Amma bu böylə deyil hey yanıram, odlanıram (x2)

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram. (x2)Hələ tezdir səni mən yerə də, göyə də qisqanıram (x2)

Mən istərəm, sən hər an məni anlayasan...(2)

Namiq Qaraçuxurlu :

Yağışın damlasının pıçıltısını izləyirəm,O deyir "Yar gələn yolları təmizləyirəm"Gecikirsən görüşə səbr eliyib gözləyirəm,

Gözüm yollarda qalır, kölgə düşür boylanıram (x2)

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram (x2)Hələ tezdir səni mən yerə də, göyə də qısqanıram... (x2)

Talayır, parçalayır köksümü süzgün baxışın,Sonra bir yare qoyur üste acı davranışın,Təki yağdırmayasan başıma hicran yağışın,

Mənə xoşdur helə bu göz yaşımda islanıram.. (x2)

Aygün Kazımova :

Aşiqə səbr eləmək, canan isə naz yaraşır,

Sən dözüb səbr eləyirsən baxıram xoşlanıram (x2)

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram. (x2)Hələ tezdir səni mən yerə də, göyə də qısqanıram (x2)

Mən istərəm, sən sevgimizə inanasan...(x2)

Namiq Qaraçuxurlu :

Elə bir vaxt gələcək ki, xoş heyat görsənəcək.Çağıranda yarımı can deyərək dillənəcəkHələ bilmir nədir sevmək sevəcək, öyrənəcək.

Düşünüb özüm-özümü aldadıram, aldanıram... (x2)

Aygün Kazımova & Namiq Qaraçuxurlu :

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram (x2)Hələ tezdir səni mən yerə də, göyə də qısqanıram (x2)

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram (x2)Hələ tezdir səni mən yerə də, göyə də qısqanıram (x2)

Bəlkə mən düz eləmirəm ...

Here one can find the lyrics of the song Qısqanıram by Aygün Kazımova. Or Qısqanıram poem lyrics. Aygün Kazımova Qısqanıram text. Also can be known by title Qisqaniram (Aygun Kazimova) text.