Unut Məni
Göz yaşını, gülüm, qurut,Dolma belə bulud-bulud.Birgə keçən o günləriMən unutdum, sən də unut.
Unut məni, damla-damla,Unut məni, kilə-kilə.Ürəyindən bu sevginiÇıxarıb at, bilə-bilə.
Unut mənli günlərini,Unut görüş yerlərini,Vaxtın olsa gəlib aparGözlərimdən gözlərini.
Unut, unut, unut gülüm,Unut, daha çəkmə zülm.Bu sevdanın atəşindənYandım, yandım, çıxdı külüm.
Sənə yalan dedim yarım,Mən səni heç unutmadım.Əllərindən başqa əliƏmin ol ki heç tutmadım.
Unutmadım gülüşünü,Unutmadım gedişini,İlk baxışdan ürəyimiParçalayan baxışını.
Unutmadım, unutmadım,Səni hər an xatırladım.Sən ömrümdən gedən günlərQalmayıbdı duzum-dadım.