Orxan Zeynallı "Hekayəm" Songtext

Übersetzung nach:enru

Hekayəm

(verse: AiD)2003 cü ilin dekabrı tanışlıq vaxtları,Gözlərimiz bir-birimizdə tanışlıq axtarırBiraz cəsarətsizlik, yəqin biraz uşaqlıq,İlk gündə sadəcə baxışlarla özümü saxladımGöndərdiyim məktub, cavab gələrmi görəsən?Düşünürdüm necə yazım ki, dərhal sevəsənAmma o vaxt indiki tək dolğun yazmırdım heçYazıq sən nə biləydin ki, böyüyüb olacam bivecUşaqlıq, şirin günlər, beləcə keçirirlərƏn xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilərBayramlar, gözləmək və hədiyyələr toplusuHər dəfə gecikəndə sən, səni itirmək qorxusuİlk sevgi etirafı.. Yadımda dünənki təkCavabı gec verdin, yəqin dözər deyirdinBilsəydim necə sənlə dayanardım həminki təkHəm də ki, o vaxt bulvar bu cür gözəl deyildi

(Nəqarət: AiD)Yenə sən getdin, yenə tək qaldımSənə olan sevgimdən bu gün son mahnını yazdım (x2)

(verse: AiD)Səni sevərdim əbədi ölüm olmasaydıAmma əbədilik xoşbəxtliyə vermir zəmanətDünyanı tanımazdım doğum günüm olmasaydıHəyatın bəxş etdiyi hər saniyə mənə əmanətNoyabr 2006, ömürlük yadda qaldıHəyatı dərk etmək bəhanəsi ilə edilən səhvUzaqlaşdıq bir-birimizdən, əriyən aysberq təkSonra barışanda ayrılmamağa verirdi vədİçimdə o dövrdə yaradıcılıq yarandıDostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandıProblem yaranırdı, səbəb buna pis baxmağınYadımda YUG-da əlimdən tutub səhnəyə cıxmağınBir HOSTçunun həyatında bəzi sözlər sənə tanış2009, fevral, 21-i, soyuq qışHamı yeni mahnı eşqi ilə sakit dinləyəndəMən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış

(Nəqarət: AiD)Yenə sən getdin, yenə tək qaldımSənə olan sevgimdən bu gün son mahnını yazdım (x2)

(verse: AiD)Çoxu bilmir treklərimin hansı sənə aiddiNə də ki, bilmirdilər AiD o vaxt kimə aiddiHərdən bağışlamıram sənə o addımıvıTulladığın məktublar uşaqlığımıza aiddiVaxt keçdikcə münasibətlər ciddiləşdiMentalitet araya girdi, hər şey sadələşdiAmma səni həm də buna görə çox sevirdim ki,Mənalı şeyləri mənasızdan ayırırdın2010 a birgə girdik, o sevgi dolu səhərləYadıma düşdükcə içim dolur qəhərləNiyə axı hər saniyəmiz keçmirdi bizim o cürNiyə axı böyüdükcə mən, dilim dolur zəhərlə?!Layiqli soyuqluğuvu gizlətdi mərhəmətinDüşündüm ayrı qalsaq artar məhəbbətinAmma ki, səni uzağa aparan o təyyarəYəqin ki, əsas səbəbkarı indiki söhbətinBəlkə bu ritualdı, ayrılıqdan yazmaqAxı çox insan bu cür mahnılarla nəfəs alırGözüvün yaşını sil, istəmirəm kefivi pozmaqYaşamaq üçün çox adam gülüşlərindən həvəs alırSevgi okeanında artıq sən adlı gəmim yoxBil ki, sevgim olar xatirə, qəmim yoxÇətin yox, çox sadədi sonu bu əsərinSadəcə bir qız atdı bir əsgəri

Hier finden Sie den Text des Liedes Hekayəm Song von Orxan Zeynallı. Oder der Gedichttext Hekayəm. Orxan Zeynallı Hekayəm Text. Kann auch unter dem Titel Hekayem bekannt sein (Orxan Zeynalli) Text.