Orxan Zeynallı "Uzaqlardan Məktub" Слова пісні

Uzaqlardan Məktub

(verse 1: AiD)Əziz atam və anam,sağ olun ki,böyütdünüz məni,Mən ola bilərdim indi küçədə dilənənlərdən biriDöşəməsi soyuq mərmərdən yığılan kobud şəhərdə,Deyiləm sevinənlərdən ki növbəti gün oyanıb diriMənim uşaqlığım keçdi elə müharibə illərində,Həyətdə oynayanda valideynlər çörək növbələrində.Susuz günlər çevrilirdi su daşıma əyləncəsinə ,Ala biləcəyim hər dərdə göstərdiniz hamıdan öncə sinə..Əziz atam və anam,siz bəzən dalaşırdınız ,Gözümü yumub,qorxub istəyirdim evdən qaçmaq.Siz mənə bilmədən bəlkə də göstərdiniz həyatın üzünMən hələ də bilmirəm nədir spirtli içkinin qapağını açmaq.“Böyüyüb soyuq biri olacam” deyib bərk qucaqlamaqUşaqlığa qayıtmaq bir neçə dəqiqəlik heç olmasaHəyatda qırdığın qəlbləri geri qaytarmaq ki sonraBaşdaşını qucaqlayıb “Bağışla” demək gec olmasın.

(verse 2: AiD)Əziz atam və anam,sizə deyiləcək sözüm çox,Mənim uşaqlıqda az olub oyuncağım,amma gözüm tox.Çətin vəziyyətlərdə düzgün addım atmağı öyrətdinizMənə görə təvəllüd göstərmir insanın böyüklüyünü.İçimə qapandım illərlə,azaldı səsim,küyümAlışıb yansam bu torpağa istəmərəm tökülsün külüm.Məni isidərsən,gülüm,mahnılar olmayandaBu şəhər yaman boş görünür insanlıq olmayandan.Əziz atam və anam,siz günahkar deyilsinizBir dənə çirkli yağışa görə buludlar ola bilməz cavabdeh..Bir qurtum su istəyəndə bir okean verirsinizDilənçi yaxşı görər sevgi hərdən isitməz,əzab verir.Həqiqət qorumaqdırsa ailəni,vətəni,eviGənclik vəfasız quş kimi əylənib tükənib gedir.Qalır təkcə insanlıq qışda sadiq sərçə təkO heç vaxt uçmayacaq,gəl bir ömürlük mərc edək.

Тут можна знайти слова пісні Uzaqlardan Məktub Orxan Zeynallı. Чи текст вірша Uzaqlardan Məktub. Orxan Zeynallı Uzaqlardan Məktub текст. Також може бути відомо під назвою Uzaqlardan Mektub (Orxan Zeynalli) текст.