Orxan Zeynallı "Çağırdım" Слова пісні

Çağırdım

(Verse1: AiD)Hər keçən günün sonunda, eyni səhərlərdən bəhs edəndə,Süni günlər, solğun üzümə süni gülüşü geydirəndə.Düşündüm səhvmi, qurulub görən daim dönən dünya,Etdiyi fəlakətlərlə insanları söyən dünya.Fərqi yox, pessimist, optimist mi mövzularım,Dərin sayılan arzularım, dayazlaşdı sən gedincə.Gözümü çox çirkin səhnələrdə qapalı saxlamışdım,Gözüm yumulu qaranlıqda, göz yaşına büründükcə.Qısa metraj filmlərdə baş rollar yadda qalmır,Bunu bilirdim amma həyatımız bütöv zənn edirdim, yanıldım.Yenə də qırıq qəlbi yeni bir sevgiliylə bərkitmək istəmişdim,Göz yaşları yolumu kəsdi, ağladım, sevmək qırıq qəlblə necə də çətin bir iş.Qəmli dönüş, addımlarda həvəs yoxdu(ümid yoxdu)Saxladım özümü, son nəfəsin intizarıda məni çox sıxırdı,Yoluma son, yoluma davam çaşıb qaldım.

(Chorus: Gula)Mən həyatımı yenidən yaşamaq istədim,Ölüm astanasında.Mən güzgüdəki qəm kədərimi gizlədim,Gözümün qarşısında.Mən sənsizlik hissi nədi bilmədim,Şirin yuxularımda.Mən çağırdım sevərək səni səslədim,Sənsə yox oldun o anda.

(Verse2: AiD)Gördüyüm o gözəl gözlər, qəlbinlə ayaqlaşmırDeyilən o xoş sözlər, əməldə reallaşmırNə vaxt ki, qəmli hisslər nəğmələrimə qonaq gəldiO təmiz məhəbbətin ləçəklərini önümə sərdiBir qədər rahatlaş sən, üzüntü səbəbsizdiBu dünya qəddar amma təslim olmaq gərəksizdiİntihar ölmüş ruhun azadlığının əks sübutuGünəş yaxınlaşanda gülən gülün üzündə qorxuƏynində bəyaz libas, cizgilərin çox cəlbediciTək gülüşündü miras, qalanlar sənlə gedəcəkSevgi də ölüm kimidi çox vaxtsız və xəbərsiz gəlirBoş otaqda tək-tənha, burunda tanış ətirDeyirsən haqsızlıq dünyası, dünya necə etsin ki?Axır ki, insanlar da qarşılıqsız sevə bilsinDüz yollar Allahın işi, döngələri şeytan yaratdı vəMələk gözlü gözəl son addımını döngədə atdı

(Chorus: Gula)Mən həyatımı yenidən yaşamaq istədimÖlüm astanasındaMən güzgüdəki qəm kədərimi gizlədimGözümün qarşısındaMən sənsizlik hissi nədi bilmədimŞirin yuxularımdaMən çağırdım sevərək səni səslədimSənsə yox oldun o anda

(Verse3: AiD)Son seçim edilib artıq səhvmi, düzmü önəmsizdiİndi gözəlliyindən yazan şair qələmsizdiSon illər onun həyatı çox dəyişdiAmma həyat hələ də eyniİlk addımda həyəcan, amma son dayanacaq hamıya bəlliİzdiham, qəlbdə yaranıb akustika döyüntülərinin əks sədasıSevginin də qoyulub artıq son nidasıMistika yuxu olaydı kaş ki, burda epizodik bir hal beləBu reallıq bu qəlbimçün çox ağırdıKim üçünsə ilham pərisi yanan roma, mənəsə o gözlər də bəsdi demişdimİndi o gözlər yumulub artıq yaş artdıqca dünya dəyişir baxış açımdaYalanlar üzə çıxır, ümidlərsə indi dar ağacındaKölgələrimin ən sevimli duyğusuydu əl-ələ qaçıb gizlənirdik günəşdənOnlar qeyb olurduO vaxtlar mənə yad idi bu hiss, indi fikirləşMən kiminsə kölgəsi, sənsə o kölgəni batıran günəş

(Chorus: Gula)Mən həyatımı yenidən yaşamaq istədimÖlüm astanasındaMən güzgüdəki qəm kədərimi gizlədimGözümün qarşısındaMən sənsizlik hissi nədi bilmədimŞirin yuxularımdaMən çağırdım sevərək səni səslədimSənsə yox oldun o anda

Тут можна знайти слова пісні Çağırdım Orxan Zeynallı. Чи текст вірша Çağırdım. Orxan Zeynallı Çağırdım текст. Також може бути відомо під назвою Cagirdim (Orxan Zeynalli) текст.