Qayıt Gəl
Ayrılığın ürəyimə dərd olubƏzabından sevinc payım qərq olubQüssədən baxçamda güllər də solubO güllərin xatirinə qayıt gəl
Sənsiz könlüm sanki qara bağlayırHicran odu ürəyimi dağlayırGözlərimdən şəlalələr çağlayırO gözlərin xatirinə qayıt gəl
Sevgimizin xatirinə qayıt gəlBu gözlərin xatirinə qayıt gəlEşqimizin xatirinə qayıt gəlO günlərin xatirinə qayıt gəl
Sənsiz məndən dəniz, bulaq, çay küsübGünəş də inciyib, ulduz, ay küsübGülşənlər saralıb, bülbüllər susubBülbüllərin xatirinə qayıt gəl
Həsrət gözü yanağıma salıb izYaşayıram indi eşqsiz, həvəssizGün var idi, qala bilmirdin mənsizO günlərin xatirinə qayıt gəl
Sevgimizin xatirinə qayıt gəlBu gözlərin xatirinə qayıt gəlEşqimizin xatirinə qayıt gəlO günlərin xatirinə qayıt gəl