Xatirə
Duysan ürəyimin harayınıBəlkə qayıdarıq o illərəBirgə neçə küçələrdə qaçdıqNeçə sabahları açdıqBilsən necə darıxmışam
Tənha qalıb Bakının küləkləriHərdən xatirələr boğar məniBizdən nə qalacaq ki geriyə?Unutmaq olmur de niyə?Sənsiz bu ömrü neynirəm?
Nəqarət
Güllər solar, ətri qalar əllərimizdəNəğmə gedər sətri qalar dillərimizdəSoyuq məzar tək mi qalar?İnsan ölər, şəkli qalarAmma şəkilləri olmur qucaqlamaq
Bənd - 2
Səndən geriyə qalmadı heç nəTəkcə xatirələr, yaşananlarAğrı verər sənə bənzəyənlərÖmrümü hər bəzəyəndənSəni olmaz əvəzedən
Tanrı sən qucaqla onu bərkdənSəndən başqası yoxdur ürəkdəDostlar ağlayar gizlince yenəYerin çox görsənir deyəYaxşı insanlar tez gedər..
Nəqarət
Güllər solar, ətri qalar əllərimizdəNəğmə gedər sətri qalar dillərimizdəSoyuq məzar tək mi qalar?İnsan ölər, şəkli qalarAmma şəkilləri olmur qucaqlamaq