Qaraqan "Qan və Qum" Слова песни

Qan və Qum

(verse:Qaraqan)Görəsən necə dadar qanla qum ?Həyatın pərdə arxasında kimlər unudulub?Yum,don,ört gözlərini,nəfəs almaSən sadəcə bir oyuncaqsan,sən sadəcə bir fiqurQəribə quruluşlar,bu düyümlənmiş hislərMən hər il böyüdükcə qul olduğumu başa düşürəmSən hər il həyat qanunlarına daha çox öyrəşirsənDeyəsən dişliyiblər səni,sən vampirləşirsənGünəşin çadrası qaranlığımı qətiləşdir!Şeytanın bicliyində arzularım gerçəkləşdi.Şeytanın rahibələrə danışdığı nağıllardan,Ehtiras qələmimdə tənhalığım itiləşdi!Mən sanki yazıçısı ölmüş yarımçıq poema,Mən sanki daşlanmağa məhkum ölümcül arena,Mənim ovcumda qan izlərini yalıyır baxışlarımƏn müqəddəs günahım oo Mariyya Magdalena

(Nəqarət:Qaraqan)Məni çarmıxa çəkin!Dar ağacından asın!Bağlıyın dəmir yoluna,boğun, damarlarımı kəsin!Dərimi soyun mənim! Göndərin sürgünlərə!Siz ancaq öldürəndən sonra qiymət verirsiz hə?!Həqiqət axtarışlarında günahlara batdım!Sevgisi uğrunda uçur alova pərvanələr!Məni çarmıxa çəkin!Dar ağacından asın!Ancaq bu cür yaranır qəhrəmanlar,əfsanələr!

(verse:Qaraqan)Görəsən necə dadar qan və qum ?Həyatın pərdə arxasında kimlər unudulub?Uşağ arzusu qədər təmiz gözlərinə baxdımOnların dərinliklərində mən özümü tapdımDört divar fəlsəfəsi köhnə qramafonda retroKeçmişin traektoriyasında nə qədər əyri vektorPiyada addımların sonsuzluğuna qarışdıqcaHəyat düzəlmir sadəcə düz görünür alışdıqcaElə bil səhv gama obyektivdə nifokusTaleyin dostlarında gəldi dar günümdə korpusBu nə Garsiya Markez,nə yüzillik tənhalıqSadəcə baş verənlər tanış süjeti xatırladırSaatın qrəbləri sancır zaman zəhəriynənNəyi çatdırmaq istiyir Allah öz əsəriynənMən kiməm lənətlənmiş?Ya müqəddəs insan?Şeytan baxışlı mələk? Mələk qanadlı şeytan?

(Nəqarət:Qaraqan)Məni çarmıxa çəkin!Dar ağacından asın!Bağlıyın dəmir yoluna,boğun damarlarımı kəsin!Dərimi soyun mənim! Göndərin sürgünlərə!Siz ancaq öldürəndən sonra qiymət verirsiz hə?!Həqiqət axtarışlarında günahlara batdım!Sevgisi uğrunda uçur alova pərvanələr!Məni çarmıxa çəkin!Dar ağacından asın!Ancaq bu cür yaranır qəhrəmanlar,əfsanələr!

Görəsən necə dadar qanla qum ? ...

Здесь можно найти слова песни Qan və Qum Qaraqan. Или текст стиха Qan və Qum. Qaraqan Qan və Qum текст. Также может быть известно под названием Qan ve Qum (Qaraqan) текст.