Sən artıq mənimsən
Səhərim açılır bugün səninlə,Yatmısan baxıram o sakit üzünə,Kim bilir sən indi yuxunda nələr gördün,Nələri yaşadın, hiss etdin və güldün
Mən artıq səninəm,Kimsənin deyiləm,İndi və sonra da,Mən sənin tək sevginəm
Dünyada ən gözəl ətir sənindir,Duyuram, doymuram bu hiss gözəldir,Kim bilir daha nə görəcək bu qəlbim,Yenə də sevəcək tək səni, sevgilim.
Sən artıq mənimsən,Kimsənin deyilsən,İndi və sonra da,Sən mənim sevgimsən.