Aygün Kazımova "Ah Vətən" testo

Traduzione in:tr

Ah Vətən

Gəzib, gəzib dolaşdım dünyanı sərxoş kimi,Yox olası yad eldə hər yer mənə boş kimi,Çırpınaraq didindim yaralı bir quş kimi,Dincələcək bir yuva bulamadım, bulamadım, bulamadım neyləyim?..

Ah o Vətən, o yurdum... Eşsiz cənnət bir ölkə,Onsuz böylə yaşamaq, məncə, iyrənc bir ləkə,Onsuz din bir əfsanə, onsuz Tanrı bir kölgə,Onsuz xilqətdən ilham alamadım, alamadım, alamadım neyləyim?

Verin mənə yurdumu, qaya olsun, dağ olsun,Mən ölürsəm yolunda sevənləri sağ olsun,Üzümü toprağına süremedim, neyleyim?Gəlib yaşıl qoynuna girəmədim, girəmədim, girəmədim neyləyim?

Ah o Vətən, o yurdum... Eşsiz cənnət bir ölkə,Onsuz böylə yaşamaq, məncə, iyrənc bir ləkə,Onsuz din bir əfsanə, onsuz Tanrı bir kölgə,Onsuz xilqətdən ilham alamadım, alamadım,Alamadım neyləyim? neyləyim?

Qui è possibile trovare il testo della canzone Ah Vətən di Aygün Kazımova. O il testo della poesie Ah Vətən. Aygün Kazımova Ah Vətən testo. Può anche essere conosciuto per titolo Ah Veten (Aygun Kazimova) testo.