Yar Gələrsən
Bir gün əllərin soyuyar,Ürəyindən keçər yar.Aramızda illər durar,Bilməm necə gələrsən?Bu həsrət artar get gedə,Məndə başqa ölkədə,Gündüz dözərsən bəlkədə,Gecə qaçıb gələrsən.
Elə küsərsən özündən.Hamı düşər gözündən.Hər şeyindən, hər nəyindənKeçə-keçə yar gələrsən.
Bir gün əllərin soyuyar,Ürəyindən keçər yar.Aramızda illər durar,Bilməm necə gələrsən?Bu həsrət artar get gedə,Məndə başqa ölkədə,Gündüz dözərsən bəlkədə,Qaçıb gecə gələrsən.
Elə küsərsən özündən.Hamı düşər gözündən.Hər şeyindən, hər nəyindənKeçə-keçə yar gələrsən