Orxan Zeynallı "Karusel" paroles

Traduction vers:tr

Karusel

(verse: AiD)Mənim sevgilim, sən hamıdan gözəlsənCənnəti təsvir etsəm, çəkərdim sənin rəsminiSəhifələr tükəndikcə sanki bitir hər şeyMən kitab olsaydım, adım olardı sənin səhvinÇox vaxt musiqi nəsə demək istəyir, anlamırsanMən mahnı olsaydım, susub səni dinləyərdimƏzab ver, qorxma, sevgidən ölmür heç kimMən ürək olsaydım, səni çöldən bağlayardımMənim sevgilim, sən hamıdan gözəlsənSənə mən gül verdim, sənsə sevdin tikanlarınUçmaq istəsən, göyə çıxmaq lazım deyilQəlbim sənin səman, sevgimsə qanadlarınDünyaya baxıram hərdən, o bəzən bizə oxşayırMən dünya olsaydım, fırlanardım başqa səmtəSənin əksini sevdim, ürəyini tapa bilmədimÜrəyin olsaydım, yəqin, gizlənərdim mən dəDairəni sevmirəm, çünki, küncə qısılmaq olmurKüsəndə külək kimisən, sənə toxunmaq olmurSən hər dəfə əsdikcə yanaqdan axır selDünya fırlandıqca fırlanır bizim karusel

(Nəqarət: Miri Yusif)Üzündəki xal — ürəyimdədi xalGündüzlər getmə, getGecələr qalma, qalYadına bir də salMarsel, fırlanır karusel

(verse: AiD)Mənim sevgilim, sən hamıdan gözəlsənSən mənim hər şeyimsən, qalsaydın, doymazdımCənnətdə görüşməkçün gərək əbədi sevəsənMən cənnət olsaydım, bu qədər şərt qoymazdımDünyanı gözəl göstərməkçün hərdən uydurursanMən yalan olmuşdum, səni onda mələk etmişdimSənə tərəf hər addım atdıqca təzyiq azalırİtmiş şəhər olsaydın, ora çoxdan getmişdimSevməkçün hər şey var, bu dünya əliaçıqdırQaça bilmədiyin dərddən zövq al, ya da barışXəstəlik olsaydım, olardım yaddaşsızlıqKi, unudaq olanları, yenidən olaq tanışMənim sevgilim, sən bu gün çox gözəlsənMən həyat olsaydım, bu qədər şirin olmazdımSənin eşitməyinçün demirəm mən bu sözləriMən sevgi olsaydım, sözlərdən yığılmazdımYuxuna gəlsəm də, tez oyadacam ki, tez gedimQoy mən damcı gözündən axandan daha tez gedimSən ağladıqca həyat yollarımdan axır selDünya fırlandıqca fırlaır bizim karusel

(Nəqarət: Miri Yusif)

Ici on peut trouver les paroles de la chanson Karusel de Orxan Zeynallı. Ou les paroles du poème Karusel. Orxan Zeynallı Karusel texte.