Olmuşam Varam
Dünən gördüyün durnalar,Uçub getdi qatar-qatar,Dəyişdi bu zamanlar,Eşqi nakəsə satar
Gəl inan bu məhəbbətə,Birgə ömrü vuraq başaBiz yol açaq səadətə,Dönməsin ürək daşa
Aylar keçdi, illər ötdü,Xatirələr yada düşdü,Bu sevginin təranəsiEl-obada dilə düşdü
Demə vaxtım ötüb-keçdi,Döndü acı xatirələr,Demə mənə "artıq gecdi"Mən olmuşam, varam hələ
Yenə gözəlmiş bu həyat,Yaratmış Tanrı bizə,Qoy bizim taleyimizQovuşdursun bizi bizə
Bu ömrümün nəğməsini,Mən dünyaya bağışlaramTale mənə nə etsə dəMən olmuşam, həm də varam
Aylar keçdi, illər ötdü,Xatirələr yada düşdü,Bu sevginin təranəsiEl-obada dilə düşdü
Demə vaxtım ötüb-keçdi,Döndü acı xatirələr,Demə mənə "artıq gecdi"Mən olmuşam, varam hələ