Miri Yusif "Neyləyim" paroles

Neyləyim

Bənd 1

Məhəbbətlə dolu ürəkdən dilənirəm,Tacda olan dilənçiyəm mən.Hər ümid gölündə,batan gözlərinTək güman yeri,sevinciyəm mən.Yorulmuş vicdanın,son sözləriniQəlbə deyən,göyərçinəm mən.Sahildə can verən,sevgiləriDərinə çəkən,dənizçiyəm mən.

Xəyanətlə dolu xatirələri qonaq edən,Bir otağam mən.Günahsız yollarda,əbədi gözlərini yuman,Piyadayam mən.Qəhrəmanı məğlub,şər qalib olanKədər dolu,nağıldayam mən.Ədalət doğulsa,günəşlə bir günDərin yuxudan oyanaram mən.

Nəqarət

Amma neyləyimHəyat belə qurulub…NeyləyimHəyat belə qurulub…

Bənd 2

Küləklər əsir,hissləri aparır,İnsanlar donub qayalar kimi.Nə qayğı,nə sevgi,hər şey üzdəİçi boş qalan saraylar kimi.Bu şəhər itirib öz ruhunu,Biz özgə burda,qonaqlar kimi.Danışır şəkillər,boş küçələr,Bizə güc verir xəyallar kimi.

Analar ağlayır,itən övladı iləBirgə solur,yarpaqlar kimi.Təbəssüm azalıb,ətraf darıxırGülüşlər üçün,yanaqlar kimi.Gələcək dumanlı,yollar aparırZülmətə doğru,qatarlar kimi.Nəğmələrin səsi ürəklərdəBir ümid olur,sabahlar kimi.

Ici on peut trouver les paroles de la chanson Neyləyim de Miri Yusif. Ou les paroles du poème Neyləyim. Miri Yusif Neyləyim texte. Peut également être connu par son titre Neyleyim (Miri Yusif) texte.