Qaraqan "Sakit Okean" Songtext

Sakit Okean

(verse: Qaraqan)Ovcumda gizlədib hamıdan göy qurşağını gətirdim sənəSaçlarına günəşin saçaqlarını qopardıb taxdım mən dənə-dənəGecələr mən alov kimi isitdim, bir an belə soyuq olmasın dünyanMən sənə sevgi, sən mənə saman altından Sakit okean

(verse: Qaraqan)Dağlardan hasar tikdim ki, külək, tufan toxuna bilməsin sənəBuludlardan xalça toxudum, sərdim, rahat olsun qoy hər yer sənəAğaclardan düzəltdim çəpər, gələ bilməsin nə pələng, nə aslanMən sənə sevgi, sən mənə saman altından Sakit okean

(verse: Qaraqan)Vaxt keçdi, üstü açıldı, ömrü qısa olur hər bir yalanınSoruşdum var mı qəlbində sevgin, rəhmin, qürurun, vicdanınAma gördüm xeyri yoxdur, sən tanımırsan nə şahı, nə üsyanıMən də saldım samanımın altına yavaş-yavaş qalan üç okeanı

Hier finden Sie den Text des Liedes Sakit Okean Song von Qaraqan. Oder der Gedichttext Sakit Okean. Qaraqan Sakit Okean Text.