Qaraqan "Dua" Songtext

Dua

Neçə göz yaşı axacaq gözümdənMən artıq bezmişəm özümdənNeçə qorxaq addım atacaq qəlbimGedəcək taleyin izinnənNeçə sətirlik mürəkkəbimdə qanHansı küçədə görüşürük ölümnənMəni buraxma, mənə inanmaNifrət eləsən də, bitməsin öpüşlərHər dəfə kələ-kötür yollarla qalxıramAma Tanrının qapısı bağlıÜmidlərin nağılı. Yaralarım ağrıyırSəni kim saxlayır?! Niyə qaçmırsan?!Axı bu incə tələlər son qoyacaq sənəHər yeni göz yaşı, yeni davalarLaxtalandıqca bağlayır səni mənəNeçə göz yaşı axacaq gözümdənMən artıq bezmişəm özümdənNeçə qorxaq addım atacaq qəlbimGedəcək taleyin izinnənBu şəhərdə qalmayıb mələklərBu küçələri tərk eləyib AllahBir çantalıq əbədi sürgünlərdə bir gecəlik səninlə qalmaq

Nəqarət:Qoy yağış yağsın, külək əssin, dalğalansın qoy dənizBizim ümidlərimiz, yuyulur izlərimizƏllər açılır səmayaOrda varmı kimsə bizdən savayı?!Eşit bu harayı, isit bu ürəyi!De, bu yollar aparır bizi haraya? (x2)

Neçə göz yaşı axacaq gözümdənMən artıq bezmişəm özümdənNeçə qorxaq addım atacaq ruhumQanlar axacaq dizimdənSənin yolunda mən ölümə hazırBir təbəssüm min zülümə hazırSənin bir kəlmənlə mən yarandımSənə həsr etdiyim sətirim azdırNeçə dahini basdırır zəmanəNeçə gəmi yelkənləri küləksizNeçə ağactək kəsiləcək qollarımNeçə köməksiz evi qoyacam dirəksizMənim əlimdə yoxdur işarələrMənim taleyim silinib nəzərdənTanrının oyuncaq qutusundanYıxılıb, itib bir oyuncaq əsgərYenə qar yağdı yol işıqlarınaDolanır dənələr pərvanətəkMən pəncərələrimi açdımBəlkə göylərdən enə çiynimə bir mələkYenə Tanrının məbədində təkYenə əllərim açılıb göylərəİki söyüdün kölgəsində mənGünahlarımı yenə yuyuram çaylara

Nəqarət:Qoy yağış yağsın, külək əssin, dalğalansın qoy dənizBizim ümidlərimiz, yuyulur izlərimizƏllər açılır səmayaOrda varmı kimsə bizdən savayı?!Eşit bu harayı, isit bu ürəyi!De, bu yollar aparır bizi haraya? (x2)

Hier finden Sie den Text des Liedes Dua Song von Qaraqan. Oder der Gedichttext Dua. Qaraqan Dua Text.