Buza dönəcəm
(verse: QaraQan)Bir gün Buza Dönəcəm, bir gün qaçacam ataraq keçmişə günəşi.Bir gün səsə dönəcəm, hər qulağa qonaq gedəcəm qalacam qonaq əbədi.Mən oda dönəcəm, düşməni yandırıb dostu şaxtada isidəcəm.Mən bir gün pula dönəcəm, sevəcək hamı məni olacaq hörmətim.Mən bir gün körpüyə dönəcəm, birləşdirəcəm topa-topa ayrı düşən milləti.Mən sona dönəcəm, əvvəlimi sonumda tapdım yenə da sonum əvvəlim.Şeytana dönəcəm, çıxacam üzə məni görən inanacaq ki Allah da var.Qışa dönəcəm, yaza dönəcəm, yaya dönəcəm, payız olacam.Mən bir gün rüşvətə dönəcəm, biləcəm kimin cibindən, kimin cibinə gedirəm.Cənnətə dönəcəm, çoxlarının bu dünyada olacam tək ümidi.Bayrağa dönəcəm, mən yerə düşməmiş təslim olmaz hələ irəli.Caynağa dönəcəm, qoy dəstə-dəstə canavarlar üstümə gəlsin.
(Nəqarət x2 PRoMete)Mən hava olacam, oda dönəcəm, suya dönəcəm, sonda da qara torpaq.Gün əriyəcək, gecə keçəcək, oda bitəcək, amma qalacam unudulmaz
(verse2-QaraQan)Mən tarixə dönəcəm, bircə səhifəm dəyişdirəcək bütün kitabın nəticəsin.Orduya dönəcəm, bax mənə bax bizə gör nə qədər gənc yanımıza gəlir.Qalxana dönəcəm, hər döyüşdə düşmənlərimizi çıxarıb aradan.Elxana dönəcəm, ancaq vəsiqədə qalan hər yerdə mən olacam QaraQan.Sevgiyə dönəcəm, yayı çəkib oxu atacam bir sevgi min ürəyə batacaq.Ağrıya dönəcəm, neçə piyli qarın öz qızılının içində batacaq.Qatilə dönəcəm, birinci öldürəcəm nəfsimi sonra şeytanı.Sahilə dönəcəm, uca dalğalarla mən sığallayacam ünvanımı.İnsana dönəcəm, insana dönməyim ən çətin iş olacaq deyəsən.Üsyana dönəcəm, öz içimizi dəyişdirəcək bir üsyana dönəcəm.Səyyaha dönəcəm, mən axtaracam dünyada ən təmiz ölkəni.Çox yeri gəzəcəm, gəzib görəcəm, son yenə Azərbaycana dönəcəm.
(Nəqarət:x2 PRoMete)Mən hava olacam, oda dönəcəm, suya dönəcəm, sonda da qara torpaq.Gün əriyəcək, gecə keçəcək, oda bitəcək amma qalacam unudulmaz