Aygün Kazımova "Azərbaycan Anaların Anası" Songtext

Azərbaycan Anaların Anası

Azərbaycan, gözlərimin qarası,Azərbaycan, həyatımın mənası.Nə deyim ki, layiq olsun vəsfinə?Ey Vətənim, anaların anası!Azərbaycan, anaların anası!

Bir ağacsan, mən də sənə budağam.Bir budaqsan, sənə yarpağam.Bir nəğməsən, mən də hər an, hər zamanО nəğməyə möhtac dodağam.

Torpağını geyinərəm əynimə,Kür, Arazı axıdaram könlümə.Xəzərimi məlhəm edib gələrəm, gələrəmEy vətənim, dəyən olsa könlünə.

Məğrur səsin azadlığın sədası,Şəhidlərin ölməzliyin nidası,Azərbaycan qalibiyyət dünyası,İgidliyin sarsılmayan qalası,Azərbaycan, anaların anası!

Bir ağacsan, mən də sənə budağam.Bir budaqsan, sənə yarpağam.Bir nəğməsən, mən də hər an, hər zamanО nəğməyə möhtac dodağam.

Hier finden Sie den Text des Liedes Azərbaycan Anaların Anası Song von Aygün Kazımova. Oder der Gedichttext Azərbaycan Anaların Anası. Aygün Kazımova Azərbaycan Anaların Anası Text. Kann auch unter dem Titel Azerbaycan Analarin Anasi bekannt sein (Aygun Kazimova) Text.