Aygün Kazımova "Azərbaycan Anaların Anası" Слова песни

Azərbaycan Anaların Anası

Azərbaycan, gözlərimin qarası,Azərbaycan, həyatımın mənası.Nə deyim ki, layiq olsun vəsfinə?Ey Vətənim, anaların anası!Azərbaycan, anaların anası!

Bir ağacsan, mən də sənə budağam.Bir budaqsan, sənə yarpağam.Bir nəğməsən, mən də hər an, hər zamanО nəğməyə möhtac dodağam.

Torpağını geyinərəm əynimə,Kür, Arazı axıdaram könlümə.Xəzərimi məlhəm edib gələrəm, gələrəmEy vətənim, dəyən olsa könlünə.

Məğrur səsin azadlığın sədası,Şəhidlərin ölməzliyin nidası,Azərbaycan qalibiyyət dünyası,İgidliyin sarsılmayan qalası,Azərbaycan, anaların anası!

Bir ağacsan, mən də sənə budağam.Bir budaqsan, sənə yarpağam.Bir nəğməsən, mən də hər an, hər zamanО nəğməyə möhtac dodağam.

Здесь можно найти слова песни Azərbaycan Anaların Anası Aygün Kazımova. Или текст стиха Azərbaycan Anaların Anası. Aygün Kazımova Azərbaycan Anaların Anası текст. Также может быть известно под названием Azerbaycan Analarin Anasi (Aygun Kazimova) текст.